Qarabağ a transfer olunmağım mənim üçün böyük addım idi Bense Varkonyi
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Qarabağ"ın futbolçusu Bense Varkonyi Macarıstan millisinə dəvət alması ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında karyerasında ilk dəfə əsas yığmaya çağırılmasını sevinclə qarşıladığını qeyd edib:
“Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım. Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi”.
Mövsümlərarası fasilədə transfer olunan müdafiəçi “Qarabağ”a keçidin yığmaya çağırılmasına təkan verdiyini vurğulayıb: “Bəli, yayda “Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar. Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram”.
Bense hədəflərinə çatmaq üçün çalışacağını qeyd edib: “Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm”.
Qeyd edək ki, UEFA Millətlər Liqasında çıxış edən Macarıstan millisi sentyabrın 25-də Ukrayna, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək Macarıstan yığması sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 5-də Ukraynanın qonağı olacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Sentyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















