Icma.az
close
up
RU
“Qarabağ” ardıcıl ikinci qələbə axtarışında

“Qarabağ” ardıcıl ikinci qələbə axtarışında

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Noyabrın 28-də, yəni cümə axşamı “Qarabağ”ın növbəti avrokubok matçına şahidlik edəcəyik.

“Köhlən atlar” Avropa Liqasının 5-ci turu çərçivəsində Fransa “Lion”unu qəbul edəcək. Düzdü, matçın keçiriləcəyi stadionda anşlaq olacağı gözlənilir. Lakin tribunalarda yer ala bilməyəcək azarkeşlər də oyunu “CBC Sport”un efirindən izləmək imkanına malikdi.
Avropa Liqası
əsas mərhələ, 5-ci tur
Qarabağ – Lion

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
“Qarabağ” artıq 8 matçdan dördünü geridə qoyub. Təəssüf ki, ilk üç matçda məğlub olan komandanın turnir cədvəlindəki yeri ürəkaçan deyil, yəni ilk “24-lük”dən kənardayıq. Durumu toparlamaq, başqa sözlə, azı pley-off mərhələsinə vəsiqə qazanmaq üçün son dörd qarşılaşmada maksimum nəticə qazanmaq mütləqdi. Çünki təhlükə gözləniləndən daha böyük ola bilər. Bu öz yerində. Onsuz da “Bude/Qlimt”i məğlub edən komanda gələcəyə doğru inamlı addım atıb. Bəs “Lion”la matçda qələbə qazanmaq mümkündümü?
Əlbəttə! Birincisi Qurban Qurbanov əvvəlki oyunlara nisbətən heyətlə bağlı daha geniş seçim imkanına malikdi. O başqa məsələ ki, Bədavi Hüseynov və Amin Ramazanov zədəlidi. Cəzalı isə yoxdu. Şahruddin Məhəmmədəliyevin adı “Səbail”lə matçın iştirak ərizəsində yer aldı. Hər halda, baş məşqçiinin ona şans verəcəyi gözlənilmir. Bu matçda azarkeş dəstəyi də “Qarabağ”dan yanadı. Son məlumata görə, satışa çıxarılan biletlərin 17500-ü sahibini tapıb. Oyun gününə qədər hamısının satılacağı gözlənilir. “Lion” tərəfdarları üçün isə 448 yer ayrılıb. 30 min civarında azərbaycanlının dəstəyi hara, maksimum 448 fransalı hara?!
İndi rəqibi bir qədər yaxından tanıyaq. “Lion” Fransanın 7 qat çempionu, ölkə kubokunun 5 qat, Superkubokunun 8 qat qalibidi, həmçinin 2001-ci ildə Fransa Liqa kubokunu, 1997-ci ildə isə İntertoto kubokunu qazanıb. “Şirlər”in həm də zəngin avrokubok təcrübəsi var. Onlar 17 dəfə Çempionlar Liqasında iştirak edib, 2009/10 və 2019/20 mövsümlərində yarımfinala qədər irəliləyib. Məşhur statistika portalı “Transfermarkt”ın məlumatına görə, klubun dəyəri 240,30 milyon avrodu. Heyətdə 29 futbolçu var ki, onların 11-i milli komandalarda çıxış edir, 18-i legionerdi. Baş məşqçi Pyer Saj ötən ilin noyabrından bu vəzifədədi.
Təbii ki, “Lion” ciddi və çətin rəqibdi. Avropa Liqasının əsas mərhələsinin ilk 4 turunda “Olimpiakos” (2:0), “Reyncers” (4:1), “Beşiktaş” (0:1) və “Hoffenhaym” (2:2) ilə qarşılaşıb. Göründüyü kimi, fransalılar son iki matçda uğursuzluq yaşayıb. Odu ki, Bakıda növbəti xal və ya xallarını qazanmaq üçün əllərindən gələni edəcəklər. “Qarabağ” isə buna göz yumacaq durumda deyil. “Köhlən atlar”ın xala ehtiyacı daha çoxdu, nəyin bahasına olur-olsun, qələbə qazanmaq lazımdı.
Maraq üçün deyək ki, bu, ağdamlıların fransızlarla ilk görüşü deyil. “Köhlən atlar” 1999-cu ildə “İntertoto” kubokunda “Monpelye”ylə qarşılaşıb və hər iki matçda darmadağın edilib – 0:3, 0:6. Avropa Liqasının 2014/15 mövsümündə isə “Sent-Etyen”lə eyni qrupda mübarizə aparıb – 0:0, 1:1. Elə bu turnirin 2015/16 mövsümündə də rəqiblərdən biri Fransa klubu olub. Söhbət qrup mərhələsində qarşılaşdığımız “Monako”dan gedir – 1:1, 0:1. “Marsel” isə Konfrans Liqasının 2021/22 mövsümünün pley-offunda “Qarabağ”a imkan verməyib – 0:3, 1:3. Avropa Liqasının 2022/23 mövsümündə də fransalı rəqiblərlə qarşılaşma baş tutub. Bu dəfə “Nant”la eyni qrupda top qovan “köhlən atlar” uğurlu çıxış edib – 3:0, 1:2.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see239

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see232

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see225

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see222

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see222

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see220

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see218

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see218

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see212

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see200

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see196

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see194

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see194

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see191

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see185

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see184

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see184

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see181

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see178

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri