Icma.az
close
up
RU
Qarabağ Ayaks dan da güclü rəqiblərdən xal alıb Vaqif Cavadov

Qarabağ Ayaks dan da güclü rəqiblərdən xal alıb Vaqif Cavadov

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk 5 turunda 7 xal əldə edən "Qarabağ" sabah Bakıda "Ayaks"ı qonaq edəcək. Niderland çempionu ilə görüşdə əldə olunacaq nəticə növbəti mərhələyə yüksəlmək baxımından önəm daşıyır.

Futbol mütəxəssisi, Azərbaycan millisinin və "Qarabağ"ın sabiq oyunçusu, vaxtilə Niderlandda legioner həyatı yaşamış Vaqif Cavadov ilə əlaqə saxlayıb qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" indiyə qədər "Ayaks"dan da güclü rəqiblərlə qarşılaşıb və xal alıb, qalib gəlib. İndiki durumda rəqibdə problemlərin olduğu görünür. Qrupda xalı yoxdur, cəmi 1 qol vurublar. Amma bu amil bizə təzyiq yarada bilər. "Ayaks"ın itirəcəyi heç nə yoxdur. "Qarabağ"a isə əksinə, qələbə lazımdır ki, Çempionlar Liqasında daha bir tarix yazsın, mərhələ adlasın. "Ayaks" indiki halında belə ciddiyə alınmayacaq rəqib deyil. Niderland çempionudur, tarixi klubdur, özünəməxsus oyun üslubu var. Maraqlı və gərgin oyun olacaq. Sadəcə, inanmaq lazımdır. Yaxşı şans var, qrupda önəmli qələbələr, xallar qazanılıb. Növbəti üç xalı qazanmağa real görüş məhz "Ayaks"ladır. Ümid edirəm ki, rəqib "qara zolaq"dan Bakıda çıxa bilməyəcək. "Qarabağ" "Ayaks"la son oyunda məğlub olmuşdu. Həmin görüşlə paralellər aparsaq, "Qarabağ" indi yüksəlişdədir. 
Təmsilçimizdə Kadinin yoxluğu qeyd olunmalıdır. Amma onu əvəz edəcək futbolçular var. Futbolçulardan kimdəsə geriləmə olub-olmadığını deyə bilmərəm. Bu göstəricilərlə bağlı statistikanı klubdakılar yaxşı bilər. Sözsüz ki, Qurban Qurbanov rəqibi təhlil edib və necə oynayacaqlarını müəyyənləşdirib. Mənim nəsə deməyim doğru olmaz. Ümumiyyətlə, "Qarabağ"ın potensialı haqda qəti fikir bildirmək yanlışdır. Çünki komanda oyundan-oyuna artırır. İnanıram ki, sabah ən yaxşı oyunlarından birini keçirəcəklər və 30 min azarkeş onlara təzyiq yox, motivasiya verəcək. Mənim kimi, bütün futbol ictimaiyyəti "Qarabağ"dan qələbə gözləyir".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və start fiti 21:45-də səsləndiriləcək.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://fanat.az
archiveBu xəbər 09 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri