“Qarabağ” Azərbaycan çempionatında rekordunu təkrarladı
Icma.az, Idmanxeber.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir “Qarabağ” Azərbaycan çempionatında rekordunu təkrarladı.
“Qarabağ” Azərbaycan çempionatında rekordunu təkrarlayıb.
İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna “Sabah”la heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının XXIV turunun oyununda nail olub.
Ağdam təmsilçisi çempionatda 60-cı qolunu vurub. Bu topa Abdullah Zubir imza atıb.
Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/2004, 2021/2022 və 2023/2024 mövsümlərində də “60”a 24-cü oyunda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.
Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.

