“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 5 iyul, AZƏRTAC
Yeni mövsümə hazırlaşan “Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Ağdam təmsilçisi Macarıstanın “Ferensvaroş” komandasından Cebrail Makreçkisi heyətinə qatıb.
Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.
Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.
Qeyd edək ki, Cebrail Makreçkis yay fasiləsində “Qarabağ”ın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 İyul 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















