Icma.az
close
up
RU
Qurban Qurbanovun “ürəyini partladan” nədi? Qarabağ virusa yoluxub!

Qurban Qurbanovun “ürəyini partladan” nədi? Qarabağ virusa yoluxub!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sirr deyil ki, son günlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun kefinə soğan doğranıb.

Adətən, sakit təbiəti, hadisələrin axarına səbrlə yanaşması və emosiyalarına hakim olması ilə seçilən mütəxəssis komandasının "Atletik", "Şamaxı" və "İmişli" ilə matçlarında özünə bənzəmir. O, Bilbaoda biranlıq sanki oyundan qopan Elvin Cəfərquliyə, "şirlər"lə oyunda yanlış qərarlar verən Dani Bolta, "pələnglər"lə matçda isə tez-tez top itirən, əvəzlənərkən meydanı, necə deyərlər, nazlana-nazlana tərk edən, özü də hakimin tələbinə uyğun olmayan yerdən çıxdığına görə sarı vərəqə alan Kadi Borgesə qəzəbini gizlətmədi. Mütəxəssisin bir neçə gün əvvəl komandanın bütün futbolçularını cərimələdiyi haqda da xəbərlər yayılıb.
İş ondadı ki, bütün başverənlərin fonunda qarşıdan "Çelsi" ilə matç gəlir. "Köhlən atlar" Çempionlar Liqasının 4-cü tur oyununda İngiltərə nəhəngini qəbul edəcək. Heç şübhəsiz, hədəf azı bir xal əldə etməklə ilk "24-lük" uğrunda mübarizədə şansları artırmaqdı. Lakin bu gün nə "Qarabağ" tanıdığımız "Qarabağ"dı, nə də Qurban Qurbanov.
Çox təəssüf ki, "köhlən atlar" son üç matçda həm müdafiə, həm də hücum planında çox ciddi səhvlərə yol verir. Niyə? Bəlkə "Benfika" və "Kopenhagen" üzərində qazanılan qələbələr komandanın başını o qədər gicəlləndirib ki, hələ düzgün istiqaməti tapa bilmirlər? Bəlkə nəinki yerli, hətta dünya mətbuatından "Qarabağ"ın ünvanına yağan tərif futbolçuları bihuş edib? Ümid edək ki, yox. Biz bu ehtimalı ağla belə gətirmək istəmirik. Çünki hələ reallaşacağına inandığımız xəyallar, bizi qürurlandıracağına inandığımız "Qarabağ" var. Və hər şey məhz Qurban Qurbanovdan asılıdı. Həmişə olduğu kimi, bütün məsuliyyət yenə baş məşqçinin üzərindədi.
Bəs "Çelsi" ilə matçda ənənəvi "Qarabağ"ı görə biləcəyikmi? Bunu zaman göstərəcək. Hələ ki mənzərə fərqlidi. Qurban Qurbanovun “ürəyini partladan" nəsə var. "Qarabağ" isə daha "partlatmır"...
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri