Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Qarabağ” Bundesliqada oynasa, neçənci yeri tutar?

“Qarabağ” Bundesliqada oynasa, neçənci yeri tutar?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun dünyanın məşhur idman nəşrlərindən biri olan “Kicker” (Almaniya) jurnalına müsahibəsi

– Cənab Qurbanov, siz vaxtilə almaniyalı məşqçilərin yanında təcrübə keçmisiniz. Alman futbol mədəniyyətindən nələri mənimsəmisiniz?

- 2010-cu ilin avqustunda Avropa Liqasının pley-off oyunları zamanı biz "Borussiya Dortmund" ilə yaxşı münasibətlər qurmuşduq və bunun nəticəsi olaraq, bir qədər sonra orada Yürgen Kloppun yanında təcrübə keçmək imkanım oldu. Bir neçə gün ərzində onun məşq prosesini izləmək və məşqçilik işinin peşəkar tərəfləri haqqında onunla müzakirələr aparmaq mənim üçün əvəzolunmaz təcrübə idi. Fürsətdən istifadə edib “Kicker” jurnalı vasitəsilə ona salamlarımı çatdırır və peşəkar inkişafıma töhfə verən bu qeyri-adi şansı mənə yaratdığı üçün dərin minnətdarlığımı bildirirəm.

– Alman futbolunun hansı aspektləri sizin üçün xüsusilə maraqlıdır?

- Alman futbolu hər zaman ciddi daxili intizam və hər oyuna yüksək konsentrasiyalı hazırlıqla seçilib. Bunlar Avropa futbolunun inkişafına təkan verən faktorlardır. Əsas güc isə hələ uşaq futbolundan aşılanan, sadə oyun, sürət və kollektiv nizama üstünlük verən mentalitetdir. Bu “dəmir intizam” alman futbolçularının rəqibdən və ya hesabdan asılı olmayaraq, final fitinə qədər məsuliyyəti üzərlərinə götürmələrini və diqqətli qalmalarını təmin edir. Bu sadəlik və dözümlülük prinsiplərini öz məşqçilik fəlsəfəmə daxil etməyim karyerama çox müsbət təsir göstərib.

– Futbolçu və ya məşqçi kimi nə vaxtsa Almaniya klublarından təklif almısınızmı?

- Xatırladığım qədər, 1997-ci ildə - oyunçu olduğum vaxt məni məşhur almaniyalı məşqçi Bernd Ştangeyə məsləhət görmüşdülər, lakin bundan bir nəticə çıxmadı.

– “Qarabağ” Bundesliqada oynasa, neçənci yeri tutar?

– Bütün mövsüm boyu alman komandalarına qarşı oynamaq çətindir və avrokuboklarda onlarla bir-iki dəfə qarşılaşmaqdan tam fərqlidir. Hesab edirəm ki, biz rəqabət apara bilərdik, yəni autsayder olmazdıq, lakin ilk 10-luğa düşmək asan olmazdı.

– 2013-cü ildə “Ayntraxt”a qarşı keçirdiyiniz oyunları xatırlayırsınızmı?

– Bakıda 0:2 hesabı ilə uduzmuşduq. Frankfurtda isə vurduğumuz bərabərlik qolu rəqib azarkeşləri arasında həyəcana səbəb olmuşdu. Sonda 1:2 hesabı ilə uduzsaq da, yaratdığımız qol epizodları ilə onlara çətin anlar yaşatmışdıq.

– “Qarabağ” ardıcıl 12-ci mövsümdür avrokubokların qrup və ya liqa mərhələsinə vəsiqə qazanır. Bu uğurun sirri nədədir?

– Bütün uğurlarımızın təməlində “Qarabağ” adının daşıdığı dərin məna və klub rəhbərliyindən tutmuş oyunçulara qədər hər kəsin hiss etdiyi böyük məsuliyyət dayanır. Bu, bizi hər hansı bir nailiyyətdən sonra arxayınlaşmaqdan qoruyur. Əksinə, azarkeşlərimizin və ümumiyyətlə, hamının gözləntiləri bizi hər il daha da irəli aparır. Bu adın şərəfinə biz işimizə hər zaman son dərəcə ciddi yanaşmışıq və hər mənada daha peşəkar olmağa çalışmışıq. Uzun iş günlərindəki yorulmaz fəaliyyətimiz və böyük fədakarlığımız sayəsində buna nail oluruq.

– “Qarabağ”ı öz futbol fəlsəfəsinə görə “Qafqazın “Barselona”sı" da adlandırırlar. Bununla razısınızmı?

– Təbii ki, bu ləqəbi yüksək qiymətləndiririk. “Barselona”nın fəlsəfəsi və oyun sisteminin tətbiqi dünya futbolunun zirvəsidir və bir çox klublar üçün dəyərli metodoloji mənbədir. Biz “Barselona”nı olduğu kimi kopyalamırıq, çünki belə bir sistemi fərqli mentalitetə və keyfiyyətə malik oyunçularla, sadəcə, tətbiq etməyə çalışmaq uğursuzluqla nəticələnə bilər. Buna baxmayaraq, mən topa sahib olmağa əsaslanan oyun tərzinə üstünlük verirəm. Effektiv hücumla qələbəni təmin etmək üçün oyunçularımız mükəmməl top nəzarətinə malik olmalıdırlar. Əsas məqsədimiz topu mümkün qədər uzun müddət özümüzdə saxlamaqla öz oyunumuzu qurmaq və fəlsəfəmizi həyata keçirməkdir.

– Bir çox klublar futbolçu sataraq öz büdcələrini artırırlar. “Qarabağ” isə bu məsələdə daha təmkinli davranır. Bunun səbəbi nədir?

– Çempionatımızın hazırkı səviyyəsi və azarkeş marağına görə biz istədiyimiz oyunçuların yalnız təxminən 10 faizini heyətimizə qata bilirik. Çoxları Avropanın top klublarına daha birbaşa yol vəd edən liqalara getməyə üstünlük verirlər. Əvvəllər komandaya, əsasən, azad agent olan futbolçuları cəlb edirdik, indi isə yaxşı oyunçular üçün transfer haqqı da ödəyirik. Eyni peşəkarlığı öz istedadlı oyunçularımıza gələn təkliflərdə də gözləyirik. Oyunçularımızın, məsələn, Çempionlar Liqasındakı uğurlu çıxışları tez-tez boş vədlər verən menecerləri cəlb edir ki, bu da komandada narahatlıq yaradır və işimizə mane olur. Oyunçularımızın inkişafına və oyun tərzimizi mənimsəmələrinə inanılmaz dərəcədə çox vaxt və əmək sərf etdiyimiz üçün, onların bizi dəyərindən aşağı qiymətə tərk etmələrini istəmirik. Lakin bir klub kimi böyümək və daha uğurlu olmaq üçün sistematik şəkildə transfer alqı-satqılarında iştirak etmək qaçılmazdır.

– Son vaxtlar, əsasən, Portuqaliya ikinci liqasından oyunçular transfer edirsiniz. Bunun arxasında xüsusi bir strategiya dayanır?

– Oradakı oyunçular bizim büdcəmizə uyğundur və həmin liqadan etdiyimiz transferlər həm də özünü doğruldub. Bu liqa cənubi amerikalı istedadlar üçün bir giriş qapısı olduğu üçün biz diqqətimizi həmin bazara yönəltmişik və bu, səmərəli nəticə verir. Lakin axtarışlarımız yalnız bu regionla məhdudlaşmır - biz müxtəlif ölkələrin çempionatlarını, oradakı futbolçuları izləyirik.

– Komandanızda vaxtilə “İnqolştadt”da oynamış xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç də var. Nə üçün o, əsas qapıçı kimi özünü təsdiq edə bilmir?

– Qapıçı mövqeyindəki rəqabət daha böyük olur, çünki komandada bu mövqe üçün yalnız bir yer var. Amma mən Fabianın peşəkarlığından və nümunəvi xarakterindən çox razıyam. Onun hələ Çempionlar Liqasında oynamaq imkanı qazanmaması ondan narazı olmağım anlamına gəlməməlidir. O, çox çalışqan oyunçudur və əminəm ki, gələcəkdə komandaya kömək etmək üçün hələ çox şansı olacaq.

– Sizin haqqınızda deyirlər ki, məşq bazasına səhər hamıdan tez gəlir, axşam isə hamıdan gec çıxırsınız. Bu iş rejimi sizi yormur ki?

– Artıq 40 ildir futboldayam və bu idman növünə sevərək gəlmişəm. Əgər insan işini sevirsə, bezməkdən və tükənmişlikdən söhbət gedə bilməz. Əlbəttə ki, mövsüm ərzində eniş-yoxuşlar, fiziki yorğunluq və ya komandanın zəif çıxışı olur - amma bu, futbolun təbiətində var. Tarix göstərir ki, hətta ən böyük klublar belə daim zirvədə qala bilmirlər. Əsas məsələ öz təyin etdiyin çərçivədə sabitliyi və uğuru qoruyub saxlamaqdır. Mən bu işi həqiqətən sevirəm və bezdiyimi hiss etdiyim an futbolu tərk edəcəyəm.

– Siz hər zaman çox təmkinli görünürsünüz. Niyə oyunlar zamanı emosiyalarınızı, demək olar ki, büruzə vermirsiniz?

– Bu, ilk növbədə mənim xarakterimlə bağlıdır. Bütün tapşırıqlarımı, hisslərimi və düşüncələrimi oyundan əvvəl paltardəyişmə otağında və ya məşqdə oyunçulara ötürürəm. Əgər komanda tam hazırlıqlıdırsa və hər kəs meydanda nə etməli olduğunu dəqiq bilirsə, meydanın kənarından həddindən artıq müdaxiləyə və ya süni emosiya nümayişinə ehtiyac görmürəm. Oyunun gedişatından asılı olaraq, əlbəttə, hisslərimi cilovlaya bilmədiyim anlar olur. Lakin ümumilikdə təmkinli olmağa çalışıram.

– Futbolçu olduğunuz dövrdə tez-tez klub dəyişirdiniz. Amma məşqçi kimi belə deyil: 2008-ci ildən "Qarabağ"dasınız. Başqa bir komandada, bəlkə də başqa bir ölkədə çalışmağı təsəvvür edirsinizmi?

– “Qarabağ”da qurduğumuz peşəkar sistemə və bu adın daşıdığı mənəvi məsuliyyətə görə, düzünü desəm, heç vaxt başqa komanda haqqında düşünməmişəm. Futbolçu olduğum vatlarda böyük klublarda oynamaq xəyallarım var idi. Lakin bura məşqçi təyin olunduğum gündən bütün diqqətimi və enerjimi yalnız bu komandaya həsr etmişəm. Həm ölkə çempionatında, həm də Avropa arenasında hiss etdiyim daimi məsuliyyət məni bu kluba elə sıx bağlayıb ki, özümü başqa yerdə təsəvvür edə bilmirəm.

Müsahibəni aldı: 

Rasim MÖVSÜMOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:324
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri