Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Qarabağ” çalxalanır: beş futbolçu getmək istəyir heç kim klubdan böyük deyil!

“Qarabağ” çalxalanır: beş futbolçu getmək istəyir heç kim klubdan böyük deyil!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu mövsüm Çempionlar Liqasında göstərdiyi oyun və nəticə ilə nəinki Avropanın, hətta dünyanın da diqqətini çəkən “Qarabağ”da vəziyyət heç də yaxşı deyil. Belə ki, bir neçə futbolçu qış “transfer pəncərəsi”ndə komandadan ayrılmağa çox yaxındı. Bunlar Marko Yankoviç, Pedro Bikalyo, Mateus Silva, Mateuş Koxalski və Nəriman Axundzadədi. Bu futbolçuların, demək olar ki, hamısı Qurban Qurbanovun sisteminin əsəridi.

Hansısa möcüzə baş verməsə, Yankoviç elə qışdaca komandadan ayrılacaq. Özü də getmək istəyir. “Qəbələ” ilə oyundan sonra Qurban Qurbanova Yankoviçin də bu siyahıda olub-olmadığı haqda sual verildi, təcrübəli mütəxəssis inkar etmədi. 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın əsas simalarından biridi. Amma son oyunlarda heç də özünə oxşamır. “Sabah” və “Qəbələ” ilə çempionat oyunları bir yana, ÇL-də “Ayaks”la oyunda da iki qol məhz rəqiblər onu rahatlıqla keçəndən sonra vuruldu. Klub onu buraxmaq istəmir deyə, artıq monteneqrolu futbolçunun da motivasiyası aşağı düşüb, meydanda can qoyunue. Açığı, belə gün keçirməkdənsə, getməsi yaxşıdı. 30 yaşlı Yankoviçin 800 min avro “transfermarkt” dəyəri var.
Yaydakı yoxlama oyunlarına baxanda Pedro Bikalyonun klub tarixinin ən zəif transferlərindən biri olduğunu düşünmüşdüm. Onun səhvindən neçə qol buraxılmışdı. Adi ötürmələrdə dəqiqliyi çatmırdı. Amma Qurbanovun “sehrli çubuğu” bu futbolçunu da dəyişdi, o, komandanın əsas fiquruna çevrildi. Hətta dayaq yarımmüdafiəçi mövqeyində Yankoviçi də kölgəyə atdı, ÇL-də matçın ən yaxşısı seçildi. Cəmi 3-4 aylıq oyunundan sonra bu futbolçunun da xeyli elçisi var. Birincisi də “Botafoqo”du. Braziliya klubu “Qarabağ”ın istədiyi məbləği vermir, amma futbolçuya burda aldığı maaşın qat-qat artığını təklif edir. Futbolçu da getmək istəyir. Qurbanov da buraxmaq istəmir deyə, motivasiya düşkünlüyü yaşayır, Yankoviç kimi formasından uzaq oyun sərgiləyir. Qeyd edək ki, Bikalyonun “transfermarkt” qiyməti 1,5 milyon avrodu.
Mateus Silva da gedən qatarın sərnişinlərinə oxşayır. Belə ki, artıq ikinci mövsüm sabit performans göstərən müdafiəçi haqda xarici mətbuatda transfer söhbətləri gəzir. Hətta braziliyalı həmkarlarımız Karlo Ançelottiyə onu yığmaya çağırmağı təklif edir. Ölkəsində diqqət mərkəzində olan futbolçularndandı. Ötən mövsüm Avropa, bu mövsüm isə Çempionlar Liqasında həm müdafiə, həm də hücum xəttində “Qarabağ”a böyük fayda verir. Düzdü, Qurban Qurbanov bu mövsüm onun ehtiyatda olacağını düşünürdü. Dani Boltu əsas sağ cinah müdafiəçisi kimi almışdı. Lakin braziliyalı müdafiəçi özünü sübut etdi, forma rəqabətindən qalib ayrıldı. Silvanin “transfermarkt” dəyəri 1 milyon avrodu.
Mateuş Koxalskinin adı isə “Napoli” və Dortmund “Borussiya”sı ilə yanaşı hallanır. Düzdü, “Napoli”də Milinkoviç-Saviç, “Borussiya”da Qreqor Kobel kimi səviyyəli qapıçılar var. Amma onların mümkün satış ehtimalını nəzərə alaraq Koxalskini heyətlərinə cəlb etmək istəyirlər. 25 yaşlı polşalı qapıçının 2 milyon avro “transfermarkt” dəyəri var.
Gedə biləcək futbolçulardan biri də Nəriman Axundzadədi. Təki bundan sonra oxşamasın, Mahir Emrelinin 5-6 il əvvəlki karyerasına oxşar vəziyyət yaşayır. Futboldan başı çıxan-çıxmayan hər kəsin tənqid hədəfidi. Azarkeşlərin də çoxu onu istəmir. Qurban Qurbanov isə israrla ona şans verir. Əslində təsnifat mərhələlərində olduqca yaxşı oynayırdı. Amma yerli-yersiz tənqidlər 21 yaşlı hücumçunu depressiyaya saldı. Onu istəyən, ciddi təklif edən klub yoxdu. Amma Nəriman sözün əsl mənasında baş götürüb ölkədən getmək istəyir. Bir neçə aydı sosial şəbəkə hesablarını da bağlayıb. Psixoloji cəhətdən həqiqətən də heç yaxşı vəziyyətdə deyil. Bu məqam oyununa da təsir edir. “Qarabağ”ın ən dəyərli futbolçularından biridi və “transfermarkt” qiyməti 2,5 milyon avrodu.
Yaxşı, bu futbolçular getsə, indiki heyətdə onları əvəzləyə biləcək kim var? Yankoviç getsə, “Qarabağ” üçün elə də ciddi problem yaşanmaya bilər. Çünki zədəyəmeyilli futbolçudu. Gələndən bəri “Qarabağ”ın bir çox vacib oyununda komandasına kömək edə bilməyib. Xoni Montiel isə bu mövqedə oynayır, yaxşı da oynayır. Addım-addım “artırır”. Amma Yankoviçlə birgə Bikalyo da getsə, vay “Qarabağ”ın halına... Çünki Kuaku istənilən formanı yaxalaya bilmir, “Qarabağ”ın hədəflərinə çatmasına imkan verən futbolçu deyil.
Mateus Silva da həmçinin. Bolt çempionatda fərq yarada bilmir. “Ayntraxt”, “Liverpul” kimi komandalara qarşı nə edə bilər? O cinahda Abbas Hüseynov da var. Sadəcə, adı var. Hərdənbir protokola salınır, ehtiyatda qalır. Hə, bir də yığmaya çağrılır. Amma Boltla Abbas ikisi bir yerdə Mateus Silvanı əvəz edə bilməz.
Ən böyük problem isə Koxalskinin gedişi olardı. Şahruddin Məhəmmədəliyev zədəlidi, özü də xroniki. Heç vaxt əvvəlki formasında olmayacaq. Onsuz da sabit çıxış etməyib, bundan sonra da “Qarabağ”ın əsas qapıçısı olacaq vəziyyətdə deyil. Buntiçi isə son turda Qəbələdə gördük. İki vacib seyv etsə də, birinci qolda günahkarlardan biri də qapıçı idi. Koxalski çox güclüdü. Buntiç heç cür o güvəni verə bilməz. Çıxışlarda da inamlı görünmür.
Nəriman Axundzadə isə artıq əsas heyətdə yerini itirib. Kamilo Duran oynayır. Nərimanın alternativi kimi Musa Qurbanlı da var. Amma etiraf edək ki, Musa Nəriman səviyyəsində deyil, faydalı iş əmsalı daha aşağıdı.
“Qarabağ” bu gedişlərdən maliyyə baxımından qazanacaq, ancaq güc olaraq itirəcək. Amma klubun prioriteti maliyyə deyil. ÇL-in pley-offuna düşsələr, onsuz da yaxşı pul qazanacaqlar. Heyəti qorumaq vacibdi. Vacib olduğu qədər də çətindi. Amma gedən ayağı da saxlamaq olmaz. Futbolçu şəxsən getmək istədiyini deyirsə, onu istəyən klubla birtəhər razılaşıb yola salmaq lazımdı. Heç bir futbolçu klubdan böyük deyil!
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Dekabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri