Icma.az
close
up
RU
“Qarabağ” çempion olandan sonra da sakitləşmir

“Qarabağ” çempion olandan sonra da sakitləşmir

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Qarabağ (Ağdam) - Sumqayıt 2:0 (0:0)
99. Mateuş Koxalski - 6,0
13. Bəhlul Mustafazadə - 5,5
(55. Bədavi Hüseynov, 76) – 4,5
44. Elvin Cəfərquliyev – 5,5
(26. Amin Rzayev, 84) - qiymətsiz
27. Toral Bayramov – 5,5
90. Nəriman Axundzadə - 6,0
(22. Musa Qurbanlı, 76) – 4,5
10. Abdulla Zubir (k) – 6,0
7. Yassin Benzya – 6,5
8. Marko Yankoviç – 6,0
(24. Aleksey İsayev, 84) - qiymətsiz
9. Kadi Borges – 6,0
2. Mateuş Silva – 5,5
15. Leandro Andrade – 5,5
(21. Aleksey Kaşuk, 76) – 4,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
30. Abbas Hüseynov
29. Marko Veşoviç
81. Kevin Medina
66. Patrik Andrade
19. Redon Cica
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Yassin Benzya
36. Xəyal Fərzullayev – 5,5
7. Rövlan Muradov – 5,5
17. Murad Xaçayev (k) – 5,5
8. Səbuhi Abdullazadə - 5,5
(6. Vüqar Mustafayev, 79) - qiymətsiz 
20. Ayxan Süleymanlı – 5,5
21. Nihad Əhmədzadə - 5,0
(99. Silvanus Nimeli, 66) – 5,0
(24. Sənan Muradlı, 84) – qiymətsiz
95. Miloş Miloviç – 5,0
12. Georgi Karaişvili – 5,0
(11. Momo Yansane, 66) – 5,0
23. Ronaldo Vaskes – 6,0
60. Tresor Mossi – 5,5
(77. Casurbek Caloliddinov, 79) - qiymətsiz
9. Bobir Abdixolikov – 5,5
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
94. Rəşad Əzizli
64. Kənan Feyziev
19. Roy Kehat
5. Alan Dias
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Ronaldo Vaskes
Qollar: Y.Benzya, 59 (1:0). K.Borges, 82 (2:0, M.Yankoviç).
Vərəqələr: M.Yankoviç, 78 (hakimin qərarına etiraz). S.Muradlı, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
4 may. Bakı. “Azərsun Arena”. 1500 tamaşaçı (5800 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ”ın meydana, demək olar ki, əsas heyətlə çıxması qalan oyunlara da ciddi yanaşmasının göstəricisidi. Yəni ağdamlılar xal ehtiyatını daha da artırmaq, futbolçuları formada saxlamaq üçün əlindən gələni edəcəkdi. Qurban Qurbanov heç kimə, hətta vaxtilə rəhbərliyi altında oynayan Vaqif Cavadova da güzəşt etmək niyyətində deyil. “Sumqayıt” isə köhnə-yeni çempionu devirməyi, daha dəqiqi, elitada qalmaq vəzifəsinin öhdəsindən daha tez gəlməyi düşünürdü.
Oyunun əvvəli meydan sahiblərinin təhlükəli hücumları ilə müşayiət olundu. 2-ci dəqiqədə Nəriman – Kadi - Benzya kombinasiyasınə bitirən sonuncunun zərbəsi qapıdan aralı keçdi. 16-cı dəqiqədə Kadinin zərbəsindən sonra Miloşa dəyən top istiqamətini dəyişdi. Benzya bu fürsətdən yararlanmaq istəsə də, Xəyal səddini keçə bilmədi. 4 dəqiqə sonra Nərimanın zərbəsi zamanı da Xəyal yerində idi. 21-ci dəqiqədə Benzya cərimə zərbəsindən birbaşa qapını “nişan alsa” da, “çərçivə”yə düşə bilmədi. Qonaqların ifasında ilk təhlükəli vəziyyəti, nəhayət, 24-cü dəqiqədə izlədik. Benzya ilə Andradedən yayınan Ronaldo uzaqdan bəxtini sınasa da, top qapıdan aralı keçdi.
29-cu dəqiqədə Bobirdən ötürmə alan Səbuhinin qüvvətli zərbəsində azacıq dəqiqlik çatmadı. 32-ci dəqiqədə “köhlən atlar” növbəti dəfə hesabı açmağa yaxın oldu. Nərimanın qapı qarşısına ötürməsini Ayxan uzaqlaşdıra bilmədi. Topa yaxınlaşan Leandro qapıya zərbə endirsə də, Süleymanlı bu dəfə səhvini düzəltməyi bacardı. 44-cü dəqiqədə Andradenin  zərbəsi toru yandan silkələdi. Nəticədə komandalar fasiləyə bərabərliklə yollandı. Maraqlıdı ki, fasilədə məşqçilərdən heç biri dəyişikliyə ehtiyac görmədi.
2-ci hissə də ağdamlıların hücumlarıyla başladı. 53-cü dəqiqədə sol cinahla irəliləyən Nəriman cərimə meydançasına ötürmə verdi. Kadinin zərbəsinin qarşısını Xəyal, Benzyanın zərbəsinin qarşısını isə Xaçayev aldı. “Qarabağ” qol istəyinə 59-cu dəqiqədə çatdı. Benzyanın uzaqdan zərbəsinə gənc qolkiper heç reaksiya belə verə bilmədi. 65-ci dəqiqədə Ronaldodan ara ötürməsi alan Karaişvilinin zərbəsinin qolla nəticələnməsinə qapı dirəyi mane oldu. Əslində top qapıya daxil olsaydı da, qol qeydə alınmayacaqdı. Çünki Georgi digər futbolçulardan öndə idi. Hər halda, bu, “kimyaçılar”ın oyun ərzində yaratdığı ən real qol vəziyyəti idi.
68-ci dəqiqədə Leandro – Toral - Zubir kombinasiyası zamanı sonuncunun zərbəsini Rövlan boş qapıdan çıxardı. 74-cü dəqiqədə Nimeli sol cinahda olan Vaskesə ötürmə verdi. Ronaldo “çərçivə”ni nişan alsa da, Koxalski topu küncə çıxarmağı bacardı. 82-ci dəqiqədə oyunun taleyi həll olundu. Kaşukla Yankoviçin də iştirak etdiyi kombinasiyanı Kadi qolla bitirdi. Uzatma dəqiqələrində “Qarabağ” hesab arasındakı fərqi darmadağın həddinə çatdıra bilərdi. Zubir boş mövqedə olan Kaşuka ötürmə versə də, ukraynalının zərbəsində dəqiqlik çatmadı.
Ötən tur 12-ci çempionluğu rəsmiləşdirən ağdamlılar yenə qələbə qazandı, “Sumqayıt” isə artıq 6 turdu qələbəyə həsrətdi.
Gözdən qaçmadı
* “Qarabağ”ın heyətində ilk rəsmi matça çıxan Amin Rzayev meydana daxil olanda və oyun bitəndən sonra ona dəstək şüarları səsləndi.
* “İmarət Tayfa”, “Qarabağ Ordu” və “Kimyaçılar” tribunada yerini almışdısa, “UltraSumqayıt” gəlməmişdi.
* 70-ci dəqiqədə Vaqif Cavadov hakimin qərarın etiraz etdiyinə görə sarı vərəqə aldı.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 May 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see389

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see336

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see298

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see215

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see193

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see193

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see183

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see181

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see177

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see171

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see171

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

16 İyun 2026 23:02see165

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see164

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see163

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see161

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see160

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see158

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see152

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see149

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri