Qarabağ da parladı, Avropada kabus yaşayır
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən mövsüm "Qarabağ"ın heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən və iyul ayında "Löven" klubuna transfer olunan Emanuel Addai üçün yeni macəra gözləniləndən də acınacaqlı başlayıb. 2029-cu ilin yayına qədər müqavilə imzalayan 24 yaşlı qanalı vinger yeni komandasında tamamilə unudulub.
Fanat.Az xəbər verir ki, çempionatda artıq 7 tur geridə qalsa da, Addai Belçika təmsilçisinin heyətində bir saniyə də olsun rəsmi matçda forma geyinməyib. Baş məşqçi Timmi Simons gənc cinah hücumçusuna etimad göstərmir və onu meydana buraxmaqda maraqlı görünmür.
Keçirilən 7 oyunda cəmi 1 qələbə qazanan, 1 heç-heçə edən və 5 dəfə meydandan məğlub ayrılan "ağlar" 4 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Ötən mövsüm ağdamlıların heyətində bütün turnirlərdə 49 oyuna çıxan və Çempionlar Liqasında da qol sevinci yaşayan futbolçunun Belçikada ehtiyat skamyaya məhkum olunması onun karyerasında kəskin geriləmə kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Oktyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















