Qarabağ dan təqdirəlayiq təşəbbüs
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Qarabağ" – "Sabah" qarşılaşması öncəsi xüsusi sosial aksiya təşkil olunub. Sport24.az xəbər verir ki, Ümumdünya Autizm Məlumatlandırma Günü münasibətilə "Qarabağ" Futbol Klubunun və Autizm Assosiasiyasının təşkilatçılığı, ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) və Liv Bona Dea-nın dəstəyi ilə Respublika stadionunda autizm spektrində olan uşaqlarla bağlı fərqindəlik təşəbbüsü həyata keçirilib.
Ağdam klubu bununla bağlı paylaşım edib:
"Aksiyanın məqsədi cəmiyyətdə anlayışın, qarşılıqlı hörmətin və inklüzivliyin təşviqinə töhfə verməkdir.
Autizmin bir fərqlilik olduğu və bu fərqliliyin cəmiyyətimizin zənginliyi sayıldığı bir daha vurğulanıb.
Autizmli uşaqların hər birimiz kimi diqqətə, anlayışa və dəstəyə layiq olduqları qeyd edilib.
Tribunadan yüksələn hər bir alqış həmrəyliyin, dəstəyin və birliyin rəmzinə çevrilib.
Futbolun hər kəsi bir araya gətirən ortaq dəyər olduğu bir daha hiss olunub.
Autizmin fərqində olduq, onların yanında olduq!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 03 Aprel 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















