Qarabağ “DOST Evi”nin benefisiarları “Əsgərə məktub” təşəbbüsünə qoşulublar
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialında “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi həyata keçirilib.
Bərdə Regional “ASAN Xidmət” Mərkəzi ilə birgə təşkil olunan layihə çərçivəsində filailın benefisiarları tarixi Zəfər qazanmış qalib Ordumuzla bağlı qürur və minnətdarlıq hisslərini yazdıqları məktublarda ifadə ediblər.
Nazirlikdən XQ-yə bildirilib ki, layihənin keçirilməsində məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, inklüzivliyin təmin olunması, xidmətdə olan əsgərlərimizə mənəvi dəstək nümayiş etdirməkdir.
Məktublar xüsusi qutulara yerləşdirilərək, ASAN könüllüləri və əməkdaşları vasitəsilə ön cəbhədə xidmət edən hərbçilərimizə çatdırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 25 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















