“Qarabağ” güclü rəqiblərə qarşı üstün futbol oynaya bilir” rumıniyalı məşqçi
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” üçün məncə, bir qələbə pley-offa yüksəlməyə bəs edəcək”.
Bu sözləri rumıniyalı məşqçi Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında bildirdi. Vaxtilə Azərbaycanda “Xəzər Lənkəran” və “Zirə”də oynamış keçmiş müdafiəçi “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını izlədiyini deyən mütəxəssis komandanın çıxışından və şanslarından danışdı:
“Qarabağ” üçün məncə, bir qələbə pley-offa yüksəlməyə bəs edəcək. Onların builki ÇL oyunlarını izləmişəm və çox yaxşı performans göstəriblər. “Qarabağ” güclü rəqiblərə qarşı üstün futbol oynaya bilir. Məsələn, “Ayaks”la oyunda kifayət qədər yaxşı olsalar da, bəxtləri gətirmədi. Xal qazanmağa çox yaxın idilər. Buna baxmayaraq, yenə ümid var və komandanın stabil çıxışı pozitiv düşünməyə əsas verir”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 19 Yanvar 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















