Icma.az
close
up
RU
“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” - Rus qəzeti

Rusiyanın tanınmış “Sovetski sport” qəzetində Azərbaycan təmsilçisi “Qarabağ” və komandanın UEFA Çempionlar Liqasında çıxışı ilə bağlı yazı dərc olunub. Yazının müəllifi jurnalist Daniil Brikdir.

QOL.az həmin yazının tərcüməsini təqdim edir.

***

"Azərbaycan çempionu hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır.  “Qarabağ” Çempionlar Liqasında ‘Ayaks’a qarşı evdə çox məyusedici məğlubiyyət aldı (2:4). Lakin buna qədər Avropanın əsas klub turnirinin liqa mərhələsində ikinci dəfə çıxış edən “atlılar” 7 xal toplamağa nail olmuşdular: “Benfika”nı (3:2), “Kopenhagen”o (2:0) məğlub etmiş, “Çelsi” ilə isə heç-heçə etmişdilər (2:2). Bu nəticələr pley-off mərhələsinə yüksəlmək üçün ciddi ümidlər yaradır. Turnirin bitməsinə iki tur qalmış Qurban Qurbanovun komandası pley-offa düşə biləcək 24 potensial iştirakçı sırasında yer alır…

Bəs, bu möcüzə necə mümkün oldu? Axı səkkiz il əvvəl “Qarabağ” “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda cəmi iki heç-heçə ilə kifayətlənmişdi. Bundan başqa, göz önündə “Kayrat”ın nümunəsi var — Çempionlar Liqasının əsas mərhələsində debüt edən postsovet klubu ötən payız Xəzərin o tayındakı rəqibinin nəticələrinə heç yaxın da gələ bilmədi və cəmi bir xalla turnir cədvəlinin sonlarında qərarlaşdı.

“Qarabağ”ın uğurunun birinci (və yəqin ki, əsas) amili Qurban Qurbanovun 18 illik rəhbərliyi dövründə qurduğu dəqiq oyun sistemidir. Azərbaycanı 12 dəfə çempion etmiş bu komanda rəqibin “ulduzluğundan” və titulundan asılı olmayaraq, oyunu öz üslubunda qurmağa çalışır. Vaxtilə Rusiyada “Baltika”, “Fakel” və “Volqar-Qazprom” klublarında çıxış etmiş Qurbanovun futbol fəlsəfəsi üç əsas prinsipə söykənir:

- Topa nəzarət (hətta “Benfika” ilə səfər oyununda belə komanda tempi diktə etməyə və təşəbbüsü ələ almağa çalışırdı);

- Keçid mərhələlərində aktivlik (topu ələ keçirən kimi futbolçular yarımcinahlarda Abdulla Zubirə və ya Kadiyə şaquli ötürmələr axtarır, kənar müdafiəçilərin hücumlara qoşulması ilə xətlər arasındakı boşluqlardan maksimum istifadə edirlər);

- Və nəhayət, çevik pressinq.

Xüsusilə diqqətçəkəndir ki, oyuna nəzarət etməyi bacaran “Çelsi” ilə qarşılaşmada Qurbanovun komandası bütün matç ərzində bir dəfə də olsun qapısına qapanmadı. Topa sahib olarkən “Qarabağ” həmişə meydanda 4-3-3 sxemi ilə, klassik “onluq”la  düzülür, geriyə çəkildikdə isə Avropanın aparıcı klubları kimi 4-4-2 modelinə keçir.

Bu mexanizmdə hər bir detal dəqiqliklə işləyir. “Qarabağ”ın futbolu tam mənada komanda oyunudur. Ayrı-ayrı futbolçuları qeyd etsək, təbii ki, “atlılar”ın fransız kapitanı Abdulla Zubiri, həmçinin iki latınamerikalı — braziliyalı Kadi və kolumbiyalı Kamilo Duranı vurğulamaq olar. Oyunun tempinə və yaradıcılığına əsasən onlar cavabdehdirlər. Duran isə ümumiyyətlə, Çempionlar Liqasının ən fəal cinah oyunçularından biridir.

“Qarabağ”ın hazırkı yüksəlişinə ciddi töhfə verən məqamlardan biri də komandanın ideal orta yaş göstəricisidir. Qurbanovun illər əvvəl formalaşdırdığı əsas heyət 2025-ci ildə zirvə nöqtəsinə çatıb: aparıcı futbolçuların yaşı 26–29 aralığındadır. Hətta təəccüblüdür ki, onların hamısını bu mövsüm üçün komandada saxlamaq mümkün olub. Böyük ehtimalla 2026-cı ildə aparıcı Avropa liqalarından olan klublar bəzilərini heyətinə qatacaq. Xüsusilə də Ağdam təmsilçisi ÇL-in pley-off mərhələsinə yüksəlsə.

Yeri gəlmişkən, Ağdamdan söz düşmüşkən. Rəsmi olaraq “Qarabağ” Azərbaycanın bu regional mərkəzini təmsil edir. Lakin faktiki olaraq bütün oyunlarını Bakı və ətraf ərazilərdə keçirir. Komandanın kiçik və səmimi evi — 5800 tamaşaçı tutumuna malik “Azərsun Arena”dır və burada milli çempionat oyunları keçirilir. Avrokuboklarda isə “Qarabağ” rəqiblərini ya çox nadir hallarda 2019-cu ildə ÇL finalına ev sahibliyi etmiş Olimpiya stadionunda, ya da əksər hallarda 30 minlik “Tofiq Bəhramov’” stadionunda qəbul edir. Sovet hakimi Tofiq Bəhramovun adını daşıyan bu arena müasir infrastruktura malikdir və Azərbaycan futbolunun əsas simvollarından sayılır.

Ümumiyyətlə, “müasir” ifadəsi Bakının bir çox obyektlərinə şamil edilə bilər. Azərbaycan paytaxtı sürətlə inkişaf edir və futbol sahəsindəki bu sıçrayış Zaqafqaziyanın əsas şəhərlərindən birinin iqtisadi uğurları ilə ahəng təşkil edir.

Xalq sevgisi də, şübhəsiz ki, “Qarabağ”ın qələbələrinə kömək edir. Düzdür, Bakı İstanbuldan fərqli olaraq fanat xaosu və bitib-tükənməyən yürüşlərlə tanınmır. Şəhərdə keçirilən dörd gün ərzində küçədə “Qarabağ” atributikası olan bir nəfərə belə rast gəlmədik. Əvəzində çantasında “Fənərbaxça” emblemi olan məktəbli və yeraltı keçiddə asılmış bir neçə “Qalatasaray” şərfi gözə dəydi… Bu nəhəng paytaxtda cəmi iki rəsmi “Qarabağ” fan-şopu var və onlar da yalnız oyun günləri açıq olur. Bu sahədə klubun hələ inkişaf etməli olduğu çox məqam var (zəruri düzəliç: “Qarabağ”ın rəsmi fan-şopu “Park Bulvar”da hər gün fəaliyyət göstərir - QOL.az).

Bununla belə, Çempionlar Liqası oyunlarında atmosfer və ab-hava yüksək səviyyədədir. “Kopenhagen”, “Çelsi” və “Ayaks”la matçlarda Qurbanovun komandası anşlaq şəraitində oynadı. Tribunalardan gələn dəstək hər üç oyunda ev sahiblərinin iki qol vurmasına ciddi təsir göstərdi. Belə “12-ci oyunçu” ilə müdafiədə oturub qalmaq mümkün deyil…

Bakının futbol koloritini isə müxbirimizin yerli taksi sürücüsü ilə söhbəti tamamlayır:

Onların oyunlarını izləmisən, elə deyil? İndi “Qarabağ” çox yaxşı vəziyyətdədir. Bütün bunlar Qurbanovun işidir. Komandanı o qurub. Uzun yol keçib. Futbolçular bilmirdilər ki, bu cür oynamaq olar. O isə öz xəttini tutdu, hamını inandırdı ki, heç kimdən qorxmaq lazım deyil”.

“Benfika” və “Çelsi” ilə bu qədər cəsarətli futbol gözləyib-gözləmədikləri sualına cavab isə belə oldu: “Biz hamımız bir ailəyik. Şəhər komandanı sevir, komanda da buna belə oyunla cavab verir. Bu, çox önəmlidir”.

Söhbət daha sonra Rusiyaya yönəldi: “Sizdə futbol necədir? Bilirəm ki, Murad Musayev ötən mövsüm ‘Krasnodar’la ‘Zenit’i qabaqladı. Halbuki Azərbaycan çempionatında o, heç nə qazana bilməmişdi. Zəif məşqçidir”.

‘Sabah’la maddi imkan fərqinə görə Musayevin titul uğrunda mübarizə aparmasının mümkünsüz olduğu barədə arqumentlər həmsöhbəti inandıra bilmədi. Qalır ‘Krasnodar’ın Çempionlar Liqasına qayıdışını gözləmək. Bəlkə Musayevin komandası da Ağdam klubunun hazırkı uğurunu təkrarlaya bildi?..

Ancaq Azərbaycan və Rusiya çempionlarını oxşar edən əsas cəhət sistemli olmalarıdır. Onların idman uğurlarının möhkəm təməli - infrastruktur və azarkeş bazası var. Və hər iki klub əldə olunanlarla kifayətlənmək niyyətində deyil. Ona görə də gələcəyə nikbin baxırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Dekabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri