Qarabağ ın dünya reytinqində mövqeyi bəlli oldu
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" futbol klubu dünya reytinqində 71-ci yerdə qərarlaşıb.
Axar.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı cədvəldə Ağdam təmsilçisinin mövqeyi müəyyənləşib.
Sıralamada 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövr nəzərə alınıb.
Siyahıda Azərbaycanın digər komandalarından "Neftçi" 375-ci, "Zirə" 399-cu, "Sabah" isə 411-ci yerdədir.
501 komandanın yer aldığı cədvələ İspaniyanın "Real Madrid" klubu başçılıq edir. Sonrakı yerləri "Mançester Siti" (İngiltərə) və "Flamenqo" (Braziliya) tutur.
Baxış sayı:109
Bu xəbər 25 Fevral 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















