Icma.az
close
up
RU
Qarabağ ın ən böyük fərqi sabitlik və səbirdir, uzun illərdir Qurban Qurbanov postundadır Kosovo çempionunun məşqçisi ilə MÜSAHİBƏ

Qarabağ ın ən böyük fərqi sabitlik və səbirdir, uzun illərdir Qurban Qurbanov postundadır Kosovo çempionunun məşqçisi ilə MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Kosovo çempionatının son qalibi və ölkənin hegemonlarından olan “Drita” klubunun məşqçilər korpusunda “Qarabağ”ın sabiq futbolçuları yer alıb. Belə ki, Qnilan təmsilçisinin baş məşqçisi Zekeriyye Ramadani, ikinci məşqçisi isə Sedat Sainidir. Vaxtı ilə futbolçu kimi Ağdam klubunun heyətindəki çıxışı ilə yadda qalmış Saini Sportal.az saytına müsahibə verib. O, həm “Drita”nın avrokuboklardakı çıxışından, həm də “Qarabağ”ın performansından danışıb.

"Ara-sıra “Qarabağ”dakı günlərimizə qayıdırıq, bu klub haqda danışırıq"

- "Drita" Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə “Differdanj”a 2:1 qalib gəldi. Əsas mərhələyə vəsiqə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

"Drita"da indi hər şey yolundadır. Komandanın daxilində çox yaxşı ab-hava var. Ötən mövsüm çempion olmuşduq. Bu mövsümdə də hədəfimiz yenə də çempionluqdur. Çempionlar Liqasının birinci mərhələsində də “Differdanj”la qarşılaşmışdıq və hər iki oyunu qalib gələrək, Kosovo futbol tarixində ilk dəfə ÇL-də mərhələ adladıq.  Bu, həm klub, həm də ölkə futbolu üçün xüsusi və tarixi uğur idi. “Kopenhagen” və FKSB kimi Avropanın köklü komandaları ilə qarşılaşdıq. Doğrudur, istədiyimiz nəticələri əldə edə bilmədik. Lakin bu matçlar bizə böyük təcrübə qazandırdı. İndi də Konfrans Liqasında pley-off turunda “Differdanj”la qarşılaşdıq, ilk oyunu udmuşuq. Lakin qarşıda cavab görüşü var. Rəqib çox intizamlı və sıx müdafiə olunan komandadır. Hədəfimiz qruplara qalmaqdır. Bunun üçün ikinci görüşdə də meydanda tam gücümüzü qoyacağıq. “Drita” olaraq sadəcə klub üçün deyil, Kosovo futbol üçün də tarix yazmaq istəyirik.

- Hazırda Zekeriyye Ramadani ilə çalışırsınız. Sizə Azərbaycan klublarından təklif olub?

Ramadani ilə çox xüsusi harmoniya tapmışıq. Onun futbol biliyi, baxışı və təcrübəsi həqiqətən mənə çox şey qatır. Kosovoda 4 fərqli komanda ilə çempionluq yaşamış baş məşqçi ilə işləmək böyük şansdır. Onunla hər gün yeni şeylər öyrənirəm. Meydanda və paltardəyişmə otağında təcrübəsindən faydalanıram. Düzü, indiyə qədər Azərbaycandan təklif almamışıq. İndi də bütün fikrim və enerjimi “Drita”nın uğurlarına yönəltmişəm. Amma təbii ki, bu, futboldur, düzgün layihələri və hədəfləri olan komanda olsa, gələcəkdə Azərbaycanda işləmək barədə düşünməyə şad olardıq.

"Qarabağ”ın uğuru təkcə taktiki yanaşma deyil, həm də sabitlik və inkişaf fəlsəfəsidir"

- Hər ikiniz də “Qarabağ”ın formasını geyinmisiniz. Heç zaman-zaman “Qarabağ” haqda danışırsınız?

Əlbəttə. Hər ikimiz üçün “Qarabağ” sadəcə keçmiş klubumuz deyil, həm də unudulmaz xatirələri olan bir yerdir. Azərbaycan kubokunu qazanmışdıq. Ara-sıra “Qarabağ”dakı günlərimizə qayıdırıq, bu klub haqda danışırıq.

- “Drita”da və ya əvvəllər çalışdığınız başqa klubda “Qarabağ”ın sistemini formalaşdırmağa çalışmısız?

Hər klubun özünəməxsus strukturu, mədəniyyəti və imkanları var. Sistemlər bu dinamikalara uyğunlaşaraq formalaşır. Kosovodakı klublar yerli şəraitə və resurslara əsaslanaraq ən səmərəli sistemi tapmalıdır. “Drita” olaraq, biz Kosovo çempionatının çətin şərtlərində ayaqda dayanmaq və birinci yer uğrunda mübarizə aparmaq üçün öz strategiyamızı inkişaf etdirdik. Hər klubun özünəməxsus DNT-si var. Bizim əsas qayğımız Kosovo şəraitində ən uğurlu sistem qurmaq və komandamızı gücləndirmək idi. “Qarabağ”ın uğuru təkcə taktiki yanaşma deyil, həm də sabitlik və inkişaf fəlsəfəsidir. “Drita”da biz ardıcıl inkişaf və uğur əldə edərək bu fəlsəfəni özümüzə uyğunlaşdırmağı hədəfləyirik.

- "Qarabağ” haqda fikrin necədir? Onlar Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la ilk görüşündə 3:1 qalib gəldilər...

“Qarabağ” həqiqətən stabil klubdur. Uzun illər eyni məşqçinin olması onlara ciddi üstünlük verir. Onlar qarşılarına həmişə yüksək məqsədlər qoyurlar və düzgün struktur sayəsində ildən-ilə təkmilləşirlər. Ona görə də Avropadakı bu nəticələrin təsadüf olduğunu düşünmürəm. “Qarabağ” ardıcıllığın və sağlam planlaşdırmanın nəticəsidir.

- Qurban Qurbanovla danışırsınız? 

Təəssüf ki, Qurban müəllimlə əlaqə saxlamaq fürsətim olmadı, görüşə bilmədik. “Şkendiya” matçı zamanı onlara baş çəkməyi planlaşdırmışdım. Lakin həmin həftə Rumıniyada matçımız var idi. Bir neçə gün əvvəl Buxarestə getmişdik, ona görə də Skopyedə onları ziyarət edə bilmədim. Mən ilk fürsətdə mütləq onu ziyarət etmək istəyirəm.

"Qarabağ”ın formalaşmış sistemi var ki, onu ardıcıl olaraq Avropa səhnəsində saxlayır"

- Səncə, “Qarabağ” “Ferentsvaroş”u Bakıda da məğlub edə biləcək?

“Qarabağ” səfərdən çox sərfəli nəticə ilə qayıtdı. “Ferentsvaroş” güclü komandadır. Amma məncə, “Qarabağ” bu səviyyədə artıq təcrübəlidir. Doğma meydanda böyük dəstəklə oynayacaqlar. Bu da böyük üstünlükdür. Onların atmosferi həmişə rəqiblər üçün çətin olur. Nə qədər ki, onlar düzgün konsentrasiya ilə oynayacaqlar, inanıram ki, bu raundda irəliləyib qrup mərhələsinə vəsiqə qazanacaqlar. Açığı, “Qarabağ”ın evdə belə imkandan asanlıqla imtina edəcəyini düşünmürəm.

- “Qarabağ” ardıcıl 12 ildir ki, avrokuboklarda əsas mərhələdə çıxış edir. Azərbaycanda onlardan savayı, başqa klub bunu bacara bilmir. Səncə, “Qarabağ”ın üstünlüyü nədədir?

Düşünürəm ki, “Qarabağ”ın ən böyük fərqi onların sabitlik və səbirdir. Uzun illərdir eyni məşqçi ilə işləyirlər, Qurban Qurbanov postundadır. Bu, Avropa futbolunda nadir hallardandır. Qurban Qurbanovun oyuna yanaşması, futbol fəlsəfəsi kluba tamamilə kök salmış durumdadır. Düzgün quruluş sayəsində yalnız bir mövsümə deyil, uzunmüddətli planlara diqqət yetirirlər. Həmişə qarşılarına yüksək məqsədlər qoyurlar və hər il onları təkmilləşdirirlər. Təəssüf ki, digər klublar daimi dəyişiklik yaşayır, məşqçilər dəyişir, heyətlər dəyişir, hətta klubun məqsədləri də dəyişə bilir. “Qarabağ” isə səbirlə eyni sistemin arxasında dayandı, oyunçularının inkişafına sərmayə qoydu və hər mövsüm Avropa təcrübəsinə artırdı. Nəhayət, onların hazırkı uğurları artıq təsadüf deyil. Tamamilə planlı və intizamlı yanaşmanın məhsuludur. “Qarabağ”ın formalaşmış sistemi var ki, onu ardıcıl olaraq Avropa səhnəsində saxlayır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri