Qarabağ ın Ferentsvaroş , Lion və Olimpiakos la qarşılaşmalarına baxdım və gördüm ki...
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Benfika”nın baş məşqçisi Bruno Lage “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.
"Football-plus.az" xəbər verir ki, o, deyib:
“Komandamı motivasiyalı görürəm. Beynəlxalq arenada keçirdiyimiz dörd görüşdə ortaya qoyduğumuz oyunu təkrarlamaq, ötən mövsüm göstərdiyimiz performansı davam etdirmək istəyimiz böyükdü. Məqsədimiz 3 xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi bəxş etməkdi”.
Lagenin sözlərinə görə, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdı:
“Santa Klara” müdafiəyə daha çox çəkilən komandadı. "Qarabağ"ın "Ferentsvaroş", "Lion" və "Olimpiakos"la qarşılaşmalarına baxdım və gördüm ki, onlar fərqli sistemdə çıxış edir. İnanıram ki, strategiya və oyun tamamilə başqa cür olacaq. Biz rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.
49 yaşlı portuqaliyalı məşqçi start heyəti ilə bağlı bunları söyləyib:
“Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun "onbirliy"i müəyyənləşdirib qərarımızı verəcəyik”.
O bildirib ki, “Benfika”nın üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir:
“Burda başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.
Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və saat Bakı vaxt ilə 23.00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Sentyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















