Qarabağ ın hücumçusu klubdan ayrılır SƏBƏB
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Qarabağ" mövsümün sonunda yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib.
Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Redon Cicanın performansından razı deyil.
Artıq iki ildən çoxdur Premyer Liqa təmsilçisinin formasını geyinməsinə baxmayaraq, əsas heyətə düşə bilməyən albaniyalı forvard millidəki yerini də itirib. Gələn mövsümdən legioner limitinin ləğv ediləcəyini, daha güclü əcnəbilərin gətiriləcəyini nəzərə alsaq, Cica üçün "Qarabağ"da möhkəmlənmək bir növ mümkünsüzə çevriləcək.
Bunu futbolçu özü də başa düşür. O, ölkəsinin iddialı klublarından birinə keçərək, yenidən Albaniya yığmasına çağırılmaq arzusundadır. "Qarabağ"ın da bu ayrılıqda maraqlı olması yayda forvardın gedişini asanlaşdıra bilər. Ancaq bu, 26 yaşlı oyunçu üçün gələcək təkliflərdən asılı olacaq.
Qeyd edək ki, Redon Cicanın "Qarabağ"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 02 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















