Qarabağ ın məşqçilərinə 6 oyunluq QADAĞA
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AFFA "Sabah" və "Qarabağ" klublarını cərimələyib.
Lent.az xəbər verir ki, müvafiq qərar AFFA-nın İntizam Komitəsinin son iclasında qəbul olunub.
Qeyd olunur ki, Misli Premyer Liqasının XXII turu çərçivəsində baş tutan "Qarabağ"la gərgin qarşılaşmada rəqibin ehtiyat skamyasına qarşı qeyri-etik jest nümayiş etdirən "Sabah"ın məşqçisi Valerio Zuddas yeddi oyunluq diskvalifikasiya edilib. Həmçinin onun hərəkətinə görə "Sabah" klubu 15 000 manat məbləğində cərimə ödəməli olacaq.
Bundan başqa, oyun zamanı yaranmış kütləvi davada iştirak etdikləri üçün "Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə də cəzalandırılıblar. Onların hər ikisinə altı oyun meydana çıxmaq qadağan olunub və Ağdam klubu onların hər birinə görə 6 min manat olmaqla, ümumilikdə 12 min manat cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















