Icma.az
close
up
RU
Qarabağ ın qapıçısı ilə müdafiəçilər arasında anlaşma istənilən səviyyədə deyildi ŞƏRH

Qarabağ ın qapıçısı ilə müdafiəçilər arasında anlaşma istənilən səviyyədə deyildi ŞƏRH

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

""Qarabağ"ın "Şelburn"la oyunu komandada hələlik tam komplektləşmə olmadığını bariz surətdə göstərdi. Baxmayaraq ki, hesab 3-0 oldu, amma komandada müəyyən çatışmazlıqlar hiss olunurdu. Xüsusən də müdafiə xəttində ciddi problemlər nəzərə çarpırdı. Bunun da yəqin ki, müəyyən səbəbləri var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı UEFA Çempionlar Liqası çərçivəsində "Şelburn" - "Qarabağ" oyununun nəticəsindən danışarkən bildirdi.

"Əgər "Şelburn" yox, tutaq ki, "Qarabağ"la oyunda daha yüksək səviyyəli bir komanda olsaydı, "Qarabağ" onun müdafiədəki səhvlərindən istifadə edəcəkdi. Amma "Qarabağ" "Şelburn"a sırf təcrübəsi, ayrı-ayrı oyunçuların fərdi ustalığı sayəsində qalib gəldi. Və güman edirəm ki, artıq bu mərhələni keçmiş saymaq olar. Çünki "Şelburn" o səviyyədə komanda deyil ki, gəlib "Qarabağ"a üç top vursun. "Qarabağ" da yəqin ki, İrlandiyada buraxdığı səhvlərdən nəticələr çıxaracaq və müəyyən çatışmazlıqları aradan qaldıracaqlar. Bu, birinci məsələdir.

Amma üstəlik dünən heyətdə də bəzi yerdəyişmələr eləmişdi. Tutaq ki, Kadinin başqa mövqedə oynaması, oyun qurulması planında müəyyən yerdəyişmələr var idi. Bu da "Qarabağ"ın oyununa təsir edirdi. Bəzi əsas heyət oyunçuları heyətdə yox idi. Elvin Cəfərquliyevin, Medinanın, xüsusən də yarımmüdafiə xəttində Yankoviçin olmaması "Qarabağ" üçün müəyyən problemlər yaradırdı".

Müsahibimizin fikrincə, "Qarabağ" Bakıdakı cavab oyununda da qalib gələcək və növbəti mərhələyə adlayacaq:

"Amma növbəti mərhələdə artıq rəqib "Şelburn" olmayacaq. Yəni bu amili mütləq nəzərə almaq lazımdır. Daha ciddi rəqib olacaq və bu komandanın təbii ki, ustalıq səviyyəsi yüksək olacağı üçün orada "Qarabağ" bu səhvləri buraxarsa, ciddi problemlər yaranacaq.

Amma bizim bir təsəllimiz də var ki, "Qarabağ" həmişə ilk mərhələdə belə zəif oynayır. Bunun da təbii səbəbləri var. Çünki Azərbaycanda çempionat başlamayıb. "Qarabağ" yalnız təlim-məşq toplanışında keçirdiyi yoxlama oyunlarından sonra ilk rəsmi oyuna çıxır. Yoxlama oyunları ilə rəsmi oyunlar arasında xeyli fərq var. Çempionat oyunu olanda komandada komplektləşmə, xətlər arasındakı əlaqə, futbolçuların bir-birini başa düşməsi, anlaması daha mükəmməl olur. Və bu, Azərbaycan çempionatı başlamadığı üçün "Qarabağ"ın zəif tərəfidir. Amma getdikcə, yəni oyundan-oyuna, rəsmi oyunlar olduqca "Qarabağ" da o müəyyən çatışmazlıqları aradan qaldıracaq. Bu baxımdan səfərdə qazanılan 3:0-lıq qələbə "Qarabağ"a imkan verir ki, öz meydançasında, Bakıda daha rahat oynasın, o səhvləri aradan qaldırsın və Qurban Qurbanov müəyyən taktiki-texniki dəyişikliklər də eləməyə şans versin. Bax, Bakıdakı oyunu ancaq bu baxımdan üstün hesab etmək olar".

Natiq Muxtarlı hesab edir ki, "Qarabağ" artıq Konfrans Liqasına vəsiqəni təmin edib.

"Amma qarşıdakı rəqib daha ciddi olacaq. Ona görə də təbii ki, o komandadakı oyunçuların səviyyəsinin optimal formaya çatması üçün müəyyən vaxt lazımdır. Bu da haradasa İrlandiya komandası ilə oyunu və ondan sonrakı oyuna iki həftəyə yaxın bir vaxt olacaq ki, bu problemlər aradan qaldırılsın. Və ümid edirəm ki, növbəti oyuna, daha ciddi rəqiblə oyuna "Qarabağ" daha hazır olacaq. Xüsusən də müdafiə xəttindəki problemləri mütləq həll etməliyik. Çünki təkcə müdafiəçilər boşluq buraxmırdı, hiss olunurdu ki, qapıçı ilə müdafiəçilər arasında da anlaşma istənilən səviyyədə deyildi. Və bu da daha bir qədər ciddi rəqiblərlə oyunda böyük bizə, belə deyək də, acınacaqlı nəticəyə səbəb ola bilər. Müdafiədə buraxılan səhv komandanın bütün oyun sistemini poza bilər. Ona görə də ümid edək ki, İrlandiyadakı səhvlərdən nəticə çıxarılacaq və oyundan-oyuna "Qarabağ"ın oyun keyfiyyəti artacaq və növbəti rəqiblə oyunda daha optimal variantda olan, daha səviyyəli "Qarabağ"ı görə biləcəyik.

Mən əslində "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyini güman etmirəm. Çünki pley-off mərhələsində çox ciddi rəqib olacaq və orada onu keçmək çətin olacaq. Amma inanıram ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində iştirak edəcək", - deyə idman eksperti vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri