“Qarabağ” klubu dünya reytinqində daha 12 pillə geriləyib
Icma.az bildirir, Tribuna portalına istinadən.
“Qarabağ” dünya klublarının reytinq siyasında daha 12 pillə geriləyib.
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.
Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi.
18 mövqe itirən “Zirə” (94,25 xal) 219-cudur. 12 sıra aşağı düşən “Sabah” (59,50 xal) isə 423-cü ola bilib.
Qeyd edək ki, siyahıya 414 xalla İspaniyanın “Real” klubu başçılıq edir.
Baxış sayı:145
Bu xəbər 10 Noyabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















