Icma.az
close
up
RU
Qarabağ la matçın qəhrəmanı: Hesab 0:2 olsa da, qalib gələcəyimizə inamım var idi MÜSAHİBƏ

Qarabağ la matçın qəhrəmanı: Hesab 0:2 olsa da, qalib gələcəyimizə inamım var idi MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Zirə"nin futbolçusu Salifu Summa Sportal.az saytına müsahibə verib. Misli Premyer Liqasının 21-ci turunun “Qarabağ”la(3:2) görüşündə dublla yadda qalan qvineyalı futbolçu həmin matçı dəyərləndirib.

- "Qarabağ"la matçda qalib gəlməyi bacardınız. Görüş sizin üçün necə alındı?

- "Qarabağ"a qarşı asan oyun olmayacağını bilirdik. Oyuna da yaxşı başlamışdıq. Sadəcə gözlənilmədən iki asan qol buraxdıq. Baş məşqçimiz fasilədə bizə müəyyən təlimatlar verdi. Onun tapşırıqlarını ikinci hissədə yaxşı yerinə yetirdik. Bunun da nəticəsində geri dönüş edə bildik.

- Hesab 0:2 olduqdan sonra "come back" edəcəyinizə inamınız var idi?

Bəli, inanırdıq. Çünki birinci hissədə də qol vəziyyətləri yaratmışdıq. Sadəcə onları reallaşdırmaq lazım idi. İkinci hissədə fərqli olan tək şey, qol epizodlarından istifadə etməyimiz oldu. Bütün qol epizodlarından istifadə edib, "come back"i reallaşdırdıq. Təbii ki, inanırdıq.

- Bu mövsüm ən yaxşı ikinci hissəni məhz "Qarabağ"a qarşı oynadınız?

Bəli, belə hesab etmək olar.

- Sənin qol vurduğun oyunlarda komanda yalnız qalib gəlir. Bunu nə ilə əlaqələndirirsən?

Qol vurduğum oyunlarda komandamızın qələbə qazanmasına görə çox sevinirəm. Məşqçilər korpusuna, komanda yoldaşlarıma, bütün komandaya təşəkkür edirəm ki, onlar sayəsində öz potensialımı aça bilirəm. Bu cür davam etmək lazımdır.

- "Qarabağ"la matçdan əvvəl "Zirə" ilə 2 illik müqavilə imzalamışdın. Bunun ekstra motivasiyası var idi? 

Bəli, 2 illik müqavilə imzalandı. Bu da "Qarabağ"la oyun üçün müəyyən qədər motivasiya oldu. Gələcək haqda nə deyim? Ən doğrusunu Allah bilir. Son matçlarda göstərdiyim nəticələr kimi davam etsəm, yaxşı şeylər baş verə bilər. Hər şey Allahın əlindədir.

- "Zirə"nin ötən mövsümkü kimi ikinci yeri tutmaq şanslarını necə qiymətləndirirsən?

Təbii ki, bu cür davam etsək, çempionatda istər birinci yer, istərsə də ikinci yerə yüksəlmək olar. Niyə də olmasın? İndiki kimi davam etsək, bunlar mümkündür.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri