Icma.az
close
up
RU
“Qarabağ” daha 2:0 ı da qoruya bilmir

“Qarabağ” daha 2:0 ı da qoruya bilmir

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Zirə - Qarabağ (Ağdam) 3:2 (0:2)
13. Aydın Bayramov – 5,0
7. Məqsəd İsayev – 5,0
(8. İsmayıl İbrahimli, 66) – 5,0
4. Ruan Renato – 5,0
32. Qismət Alıyev (k) – 5,5
29. Ceyhun Nuriyev – 5,0
(11. Rüstəm Əhmədzadə, 90+1) – qiymətsiz
70. İssa Cibrila – 5,5
3. Ange Mutsinzi – 5,0
15. Pyer Zebli – 6,0
(10. Georgi Papunaşvili, 66) – 5,0
18. Junior Martins – 5,5
(23. Rafael Utziq, 66) – 5,0
17. Ayron Qomis – 5,6
19. Salifu Suma – 6,5
(90. Davit Volkov, 82) – qiymətsiz
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
21. Hacıağa Hacılı
16. Fuad Bayramov
14. Elçin Əlicanov
5. Stefan Aka
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Salifu Suma
1. Şahrudin Məhəmmədəliyev – 4,5
27. Toral Bayramov – 6,0
(44. Elvin Cəfərquliyev, 89) – qiymətsiz
81. Kevin Medina – 5,0
55. Bədavi Hüseynov (k) – 4,5
29. Marko Veşoviç – 4,5
66. Patrik Andrade – 5,5
11. Emmanuel Addai – 4,5
(10. Abdulla Zubir, 80) – qiymətsiz
24. Aleksey İsayev – 4,5
(7. Yassin Benzya, 80) – qiymətsiz
19. Redon Cica – 5,0
(15. Leandro Andrade, 68) – 4,5
22. Musa Qurbanlı – 4,5
(90. Nəriman Axundzadə, 80) – qiymətsiz
21. Aleksey Kaşuk – 5,0
Ehtiyat oyunçular
97. Fabian Buntiç
99. Mateuş Koxalski
20. Riçard Almeyda
30. Abbas Hüseynov
13. Bəhlul Mustafazadə
8. Marko Yankoviç
6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Toral Bayramov
Qollar: A.Kaşuk, 20 (0:1, T.Bayramov). P.Andrade, 42 (0:2). S.Suma, 56 (1:2, P.Zebli). S.Suma, 67 (2:2, İ.Cibrila). D.Volkov, 90 (3:2, R.Utziq).
Vərəqələr: P.Zebli, 35 (qeyri-idman hərəkəti). J.Martins, 45+4 (qeyri-idman hərəkəti). T.Bayramov, 51 (qeyri-idman hərəkəti. P.Andrade, 77 (qeyri-idman hərəkəti) İ.İbrahimli, 90+3 (qeyri-idman hərəkəti) – hamısı sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
2 fevral. Zirə. Olimpiya Kompleksinin stadionu. 1000 tamaşaçı (1500 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Yunanıstandan acı məğlubiyyətlə dönən “Qarabağ” üçün bu mövsümlük avrokubok macərası bitmişdi. Qurban Qurbanov “Olimpiakos”a qarşı ilk dəqiqələrdən meydanda olan futbolçulardan yalnız Medinanın adını start heyətinə salmışdı. Bu da anlaşılan idi. Çalışdırıcı həm az oynayan futbolçulara şans vermək, həm də əsas heyətin yorğun üzvlərinə dincəlmək üçün şərait yaratmaq istəyirdi.

İlk təhlükə meydan sahiblərindən gəldi. 4-cü dəqiqədə Suma qapıçıyla təkbətək çıxdı. Onun “çərçivə”yə ünvanladığı zərbəni Şahruddin əla reaksiya ilə uzaqlaşdırdı. İki dəqiqə sonra “Zirə”nin növbəti hücumunu Bədavi “zərərsizləşdirdi”. Həmin epizodda Martins “Qarabağ”ın cərimə meydançasına daxil olmaq üzrə idi. “Qarabağ”ın buna cavabı 8-ci dəqiqədə gəldi. Amma Toralın cərimə zərbəsindən vurduğu topa qapı qarşısında toxunan olmadı və müdafiəçilər təhlükəni sovuşdurdular.
Azarkeşlərin dayanmadan irəli səslədiyi “Qarabağ” 11-ci dəqiqədə qola yaxın oldu. Amma yan xətt hakimi sürətlə cərimə meydançasına daxil olan Musanın ofsaydda olduğuna işarə edərək bayrağını havaya qaldırdı. Bununla da “Qarabağ”ın hücumu qapıya zərbə olmadan yekunlaşdı. Cəmi iki dəqiqə sonra Suma hesabı açmaq üçün əla fürsət qazandı. Di gəl ki, onun qapıya doğru zərbəsi həm qeyri-dəqiq, həm də zəif alındı. “Qarabağ” bu hücuma cavab vermək istəyərkən Musa Qurbanlı bir daha oyundankənar vəziyyətə düşdü. Hissənin ortalarına doğru komandalar nisbətən sakitləşsə də, “Zirə”nin cüzi üstünlüyü hiss edilirdi. Meydan sahibləri böyük risklər etmədən “Qarabağ”ın qapısına yaxınlaşmağa çalışırdı. Belə cəhdlər də az qüvvəylə həyata keçirildiyindən təhlükəni böyütmək mümkün olmurdu. Belə hücumların qarşısını almağa çətinlik çəkməyən “Qarabağ” 20-ci dəqiqə hesabı açdı. Toral sol cinahla sürətlə irəliləyib qapı qarşısına ötürmə verdi. Kaşuk topu saxlamadan qarşısıalınmaz zərbə vurdu. Hesabda geri düşən “Zirə” Məqsəd İsayevlə cavab qolu vurmağa yaxın oldu. Amma onun təkbaşına həmləsi qapıdan aralı keçən zərbəylə yekunlaşdı.
Hesab açılandan sonra da oyunun axarı dəyişmədi. “Qarabağ” soyuqqanlı şəkildə topa və meydana nəzarəti əlində saxlayır, “Zirə”nin cavab qolu vurmaq üçün etdiyi cəhdlər isə cərimə meydançasının həndəvərində qarşılanırdı. 28-ci dəqiqədə Qomisin qapı qarşısına havalandırdığı top xeyli yüksəkdən gəldi ki, Məqsədin boyu bu topu ram etməyə yetərli deyildi. Yarımsaatın tamamında Junior topla səliqəsiz davrandı. Top daha sonra Ceyhunun önünə düşdü. Lakin Nuriyevin qapını nişan almaq cəhdi də uğursuz oldu. 41-ci dəqiqədə “Qarabağ” növbəti hücum cəhdini həyata keçirdi. Musa qarşılıqlı mübarizə zamanı topu itirəndən sonra kobud oynadığından hakimin fiti eşidildi. Bununla belə, cəmi bir dəqiqə sonra “Qarabağ” fərqi artırdı. Cica qapıçıyla təkbətək çıxmağa çalışarkən özünü yetirən Renato topu qapı xəttindən çıxardı. Toralın yerinə yetirdiyi künc zərbəsindən sonra müdafiəçilərin uzaqlaşdırdığı top Andradenin önünə düşdü, o da baxımlı zərbəylə “Qarabağ”ın üstünlüyünü artırdı. Addai fasiləyə saniyələr qalmış dəqiq oynasaydı, hesab darmadağın həddinə çatacaqdı. Onun zərbəsindən sonra top qapı torunu yandan silkələdi.
Fasiləyə 2:0 ilə yollanan “Qarabağ” ikinci hissəyə rahat çıxdı. Hissənin əvvəli qarşılıqlı hücumlar şəraitində keçsə də, bu hücumların kəsəri hiss olunmurdu. 53-cü dəqiqədə oyunda fasilə yarandı. Hava topuna çıxış zamanı Renatoyla toqquşan Şahruddin yerdə qaldığından həkimlərin müdaxiləsinə ehtiyac yarandı. Bu fasilə tempi bir qədər də aşağı saldı. Növbəti qol epizodunu isə yenə də “Qarabağ” yaratdı. Aydın Bayramov təhlükəni hiss edib, mövqeyini vaxtında tərk etməsəydi, Kaşukun 3-cü qolu vuracağı şübhə doğurmurdu. Çox keçmədi ki, görüşdə üçüncü qol vuruldu. Amma fərqlənən “Zirə”nin futbolçusu oldu. Suma Zeblinin uzun ötürməsini əla ram edib tora qovuşdurdu və hesab arasındakı fərqi azaltdı. Bununla da oyunda intiriqa bərpa olundu. İntiriqanın bərpası isə özüylə sərtlik gətirdi. Qısa zaman kəsiyində futbolçular tez-tez zədələnib yerdə qalmağa başladılar. Məqsəd İsayev isə başından xəsarət aldığından oyuna sarğı ilə qayıtdı. Toral Bayramova həkimlər meydandan kənarda yardım göstərməli oldular.
64-cü dəqiqədə “Zirə” hesabı bərabərləşdirə bilərdi. Lakin Şahruddin Sumanı qabaqlayıb topu tutmağı bacardı. Çox keçmədi ki, Suma arzusuna çatdı. Məhz onun dublu sayəsində hesab bərabərləşdi. Qapı qarşısında nəzarətsiz qalan Salifu İssanın ötürməsini qapıdan keçirməyi bacardı. Təzyiqi artıran “Zirə” qələbə qolunu vurmaq üçün hücumlara davam etdi. 78-ci dəqiqədə Andrade “Qarabağ”ı daha bir qoldan xilas etdi. Sumanın qüvvətli zərbəsini Patrik son anda başıyla qapı xəttindən çıxardı. 89-cu dəqiqədə Toralın qapı qarşısına növbəti asmasına Kaşuk çata bilmədi. Bu epizodun cavabını “Zirə” qolla verdi. Volkov Utziqin ötürməsini qola çevirdi. Hakimin final fiti “Zirə”nin 3:2 hesablı qələbəsini rəsmiləşdirdi.
Gözdən qaçmadı
* Oyundan əvvəl “Zirə”nin futbolçusu Qismət Aliyevə klubun icraçı direktoru Cahangir Məmmədov üzərində “200” yazılan forma təqdim edildi.
* Hər iki komandanın fanklubları – “Qartallar”, “İmarət Tayfa” və “Qarabağ Ordu” tribunalarda idi. Meydan sahiblərinin azarkeşləri 3-cü qoldan sonra təbil çalaraq müxtəlif şüarlarla rəqibə acıq verirdi.
* Patrik Andrade məğlubiyyət rəsmiləşəndən sonra diz çökdü və var gücüylə qazonu yumruqlamağa başladı
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri