Icma.az
close
up
RU
Qarabağ Lion oyununda 3cü qol (YENİLƏNİR)

Qarabağ Lion oyununda 3cü qol (YENİLƏNİR)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Fransanın "Lion" klubunu qəbul edəcək.

Qaynarinfo xəbər verir ki, Liqa mərhələsinin V turuna təsadüf edəcək oyun saat 21:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi serbiyalı Nenad Minakoviç olacaq.

Azərbaycan çempionu 4 turdan sonra 3 xalla 29-cu, qonaqlar isə 7 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl İngiltərədə "Tottenhem"ə (0:3), evdə İsveç təmsilçisi "Malmö"yə (1:2) və Niderlandın "Ayaks" komandasına (0:3) uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Norveçdə "Budo Qlimt"i məğlub edib - 2:1. 

"Lion" isə doğma meydanda Yunanıstanın "Olimpiakos" (2:0), səfərdə Şotlandiyanın "Reyncers" (4:1) klublarına qalib gəlib. Daha sonra evdə Türkiyənin "Beşiktaş" komandasına uduzan (0:1) fransızlar Almaniyada "Hoffenhaym"la bərabərə (2:2) qalıb.

Avropa Liqası

Liqa mərhələsi

V tur

28 noyabr

21.45 Qarabağ (Azərbaycan) - Lion (Fransa) 0:3

Qollar: Mikautadze, 15. Tolisso, 63. Fofana, 68.

Qarabağ: 99. Mateuş Koxalski, 29. Marko Veşoviç, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 18. Olaviyo Juninyo.

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 2. Mateua Silva, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 90. Nəriman Axundzadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao.

Lion: 23. Perri, 98. Maitland-Niles, 55. Çaleta-Sar, 27. Omari, 3. Talyafiko (k), 7. Veretu, 15. Tessmann, 18. Cherki, 11. Fofana, 69. Mikautadze, 37. Nuamah.

Ehtiyat oyunçular: 30. Benquy-Joao, 40. Deşam, 6. Kakere, 8 Tolisso, 10. Lakazett, 16. Abner Vinisius, 17. Benrahma, 19. Niakate, 20. Kumbedi, 22. Mata, 29. Molebe, 31. Matiç.

Baş hakim: Nenad Minakoviç (Serbiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri