Icma.az
close
up
RU
Qarabağ meydançanın hər santimetrində döyüşdü

Qarabağ meydançanın hər santimetrində döyüşdü

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Bakıda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ" futbol komandası İngiltərənin "Çelsi" klubu ilə qarşılaşıb. Matç 2:2 bərabərliklə başa çatıb və təmsilçimiz aktivinə bir xal yazdırıb. 

Redaktor.az-a dünənki oyunu şərh edən "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, dünənki bir xal bizim üçün üç xala bərabər idi.

"Komanda meydançanın hər santimetrində döyüşdü. Avropanın nəhənginə qarşı qorxmadan və çəkinmədən mübarizə apardılar. Mübarizə ilə yanaşı, komanda öz oyun prinsipindən də geri qalmadı. Yaxşı pressinq etdilər, topla çox yaxşı sahib çıxdılar, hətta möhtəşəm çıxışlar etdilər. Əvvəl qeyd etdiyimiz kimi, "Çelsi" yaxşı təzyiq edən bir komandadır və onun boşluğu yalnız arxada problemlər yarananda açılır. "Qarabağ" təzyiqdən (pressinqdən) çıxa bilsəydi, "Çelsi"nin qapısına təhlükəli vəziyyətlər yarada bilərdi. Komanda bunu bir neçə dəfə etdi. "Çelsi"nin müdafiəçiləri artıq özünəinamını itirmişdi, "Qarabağ" isə pressinqini bir neçə dəfə tətbiq edərək, rəqibi top itirməyə məcbur etdi. "Çelsi" arxadan rahat çıxa bilmirdi, bu da ümumilikdə oyuna təsir etdi. Etiraf etmək lazımdır ki, 90 dəqiqə boyunca "Çelsi" təzyiq altında idi".

Müsahibimiz sözlərinə görə, "Qarabağ"ın bu təzyiqə davam edəcəyinə, o qədər də inanmaq olmurdu, çünki "Çelsi" kimi intensiv oyunlar oynayan komanda Azərbaycan Premyer Liqasına nisbətən daha sürətlidir.

"Uşaqlar və məşqçi heyəti çox çalışmışdılar, "Çelsi"ni düzgün analiz etmişdilər və ən pis halda bir xal qazandılar. Mən hesab edirəm ki, komanda dünən üç xala da layiq idi. Bu, qələbədir. Bu qələbə ilə "Qarabağ"ımızı və bütün Azərbaycan xalqını təbrik edirik. Onlara böyük bir afərin düşür və gələcəkdə uğurlar arzulayırıq. Əminəm ki, belə cəsarətli və gözəl oyunla "Qarabağ" bütün Azərbaycan Premyer Liqalarına özünəinam verdi. Belə əzmlə "Qarabağ" növbəti oyunlarda da xal qazanaraq növbəti mərhələyə adlayacaq", - deyə Etibar İbrahimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri