Icma.az
close
up
RU
“Qarabağ” Niderlanddan qələbə ilə qayıtdı

“Qarabağ” Niderlanddan qələbə ilə qayıtdı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

UEFA Konfrans Liqasında Ağdamın “Qarabağ” komandsı Niderlandda “Tvente” ilə pley-off mərhələsinin ilk oyununu keçirib. Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matçı albaniyalı baş hakim Yucin Caya idarə edirdi.

"Tvente"nin qonağı olan "Qarabağ", oyunöncesi proqnozları alt-üst edərək meydandan 1:0 hesablı parlaq qələbə ilə ayrıldı. Kadr itkiləri və rəqibin güclü azarkeş təzyiqinə baxmayaraq, Qurban Qurbanovun yetirmələri meydanda əsl xarakter və taktiki intizam nümayiş etdirdilər. Niderland futbolunun dominantlığına qarşı soyuqqanlı müdafiə və təhlükəli əks-hücumlarla cavab verən “Köhlən atlar”, Avropaya növbəti dəfə futbolda adların deyil, düzgün strategiyanın qalib gəldiyini sübut etdi.

“Tvente”nin baş məşqçisi Con van den Brom komandasını ilk dəqiqələrdən oyuna aqressiv və dominant başlamaq tapşırığı ilə meydana çıxarmışdı. Meydan sahibləri statusundan istifadə edən Niderland klubunun oyun taktikası idarə etməyə, yüksək pressinqlə “Qarabağ”ı sıxışdırmağa və cinahlardan Vout Veqhorstun baş zərbələrinə yönəlmiş təhlükəli ortalar etməyə əsaslanırdı. Matç ərzində 21 zərbə endirərək hücumda say üstünlüyünə can atırdılar.

Lakin Niderland klubu “Qarabağ”ın qurduğu müdafiə səddini keçmək üçün daxili zonalarda yaradıcılıq çatışmazlığı yaşayırdı. Həmçinin rəqibin sürətli hücumçularını saxlaya bilməyən “Tvente” futbolçuları ilk hissədəcə 3 sarı vərəqə alaraq oyun intizamını itirdilər.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə kadr itkilərinə baxmayaraq çox nizamlı və kompakt bir heyətlə oyuna başladı. “Köhlən atlar” rəqibin cinah ötürmələrinin qarşısını cərimə meydançasını sıx doldurmaqla kəsir, topu qazandıqda isə Kadi Borges, Jali Muaddib və Musa Qurbanlının iştirakı ilə sürətli Jali Muaddib ilk hissənin son saniyələrində – 45-ci dəqiqədə əks-hücumda əla fürsət yaxalasa da, onun qapının yaxın küncünə vurduğu zərbəni “Tvente”nin qapıçısı Lars Unnerştal möcüzəvi bir barmaq ucu toxunuşu ilə kornerə çıxardı.

İkinci hissəyə çox sürətli başlayan “Qarabağ”da Kadi Borgesin güclü və qəfil zərbəsi dirəyə dəydi. Bu epizod qoldan bir neçə dəqiqə əvvəl rəqib qapısında ən ciddi həyəcan siqnalı idi.

Görüşün 52-ci dəqiqəsində matçın taleyini həll edən qol məhz meydan sahiblərinin fərdi səhvindən yarandı. “Tvente”nin yarımmüdafiəçisi Marko Pyatsa mərkəzdə topu asanlıqla itirdi. Həmin anda rəqib müdafiəçi Nijstadın da mövqe səhvi etməsi “Qarabağ”ın hücumda sayca üstün vəziyyətə düşməsinə şərait yaratdı. Kadi Borges ələ düşən fürsətdən dəqiq istifadə etdi–1:0.

Qoldan dərhal sonra ev sahibləri böyük bir bərabərlik şansı yaxaladı. Pyatsanın ortasından sonra Örjasaeter yaxın məsafədən topu başla az fərqlə auta göndərdi. Son dəqiqələrdə isə Bart van Rooij qapıçı ilə təkbətəkdə oxşar vəziyyətdə qaldı, lakin “Qarabağ”ın qapıçısı Martin Zlomisiç ilk zərbəni və dərhal ardınca Örjasaeterin təkrar zərbəsini dəf edərək qapını qorudu.

Enşededə səslənən fit təkcə 90 dəqiqənin bitdiyini deyil, Azərbaycan futbolunun növbəti böyük zəfərini elan etdi. “Tvente” üzərində qazanılan 1:0 hesablı bu qələbə sadəcə növbəti 3 xal demək deyil, bu, çətin kadr vəziyyətində belə komanda fəlsəfəsinə sadiq qalmağın və düzgün taktiki quruluşun qələbəsidir. “Qarabağ” böyük təzyiqinə tab gətirərək, Martin Zlomisiçin qəhrəmanlıqları və bütöv komanda intizamı sayəsində qapısını toxunulmaz saxlamağı bacardı. Bu nəticə Ağdam təmsilçisinin Avropa Liqasında növbəti mərhələ iddialarını daha da gücləndirməklə yanaşı, rəqiblərə “Qarabağ” səddini keçməyin nə qədər çətin olduğu mesajını verdi. Qurban Qurbanovun şahmat gedişləri ilə qazanılan bu qələbə, klubun tarixinə qızıl hərflərlə yazılacaq daha bir Avropa gecəsi kimi yaddaşlarda qalacaq.

Q.YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri