Icma.az
close
up
RU
“Qarabağ” niyə uduzdu? İdman jurnalistlərinin REAKSİYASI

“Qarabağ” niyə uduzdu? İdman jurnalistlərinin REAKSİYASI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vuruldu. Təəssüf ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə uduzaraq turnir cədvəlindəki vəziyyətini pisləşdirib.
Dünənki oyundan əvvəl böyük əksəriyyət “Qarabağ”dan qələbə gözləyirdi. Çoxları ümid edirdi ki, “Qarabağ” qalib gəlməklə turnir cədvəlində 9-24-cü yeri tutan klublar arasına düşərək pley-off mərhələsinə yaxınlaşacaq. O baxımdan dünənki matç çox vacib və həlledici matç hesab olunurdu. Amma bu, Çempionlar Liqasıdır. Burada heç bir xal, heç bir qələbə asan qazanılmır.
Komandamız hazırda 7 xalla 22-ci yerdədir.
"Qarabağ" Liqa mərhələsinin son iki görüşündə əvvəlcə "Ayntraxt" (Almaniya), sonra isə "Liverpul"la (İngiltərə) qarşılaşacaq. Bu komandalara qalib gəlmək isə müşkül işdir.

Bəs “Qarabağ” niyə uduzdu? Bəzi futbol təhlilçiləri “Qarabağ”ın yanlış əvəzləmələr nəticəsində uduzduğu qənatəndədirlər. Xüsusilə gənc hücumçu Nəriman Axundzadənin meydana buraxılması ilə razılaşmayanlar çoxdur.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra verdiyi açıqlamada bu məsələyə toxunub:
"Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə demişəm ki, futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik. Bəlkə də 3 ən yaxşı oyundan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur".
Maraqlıdır idman jurnalistləri nə düşünür?
Modern.az saytı bir neçə KİV nümayəndəsinin mövqeyini təqdim edir:
 

Anar Şabanoğlu - "Sports.az" saytının rəhbəri:
“Çox təəssüf ki, udduğumuz oyunu öz səhvlərimizdən əldən verdik.
Komanda qalib gələndə futbolçular və Qurban Qurbanov necə təriflənirsə, bu şəkildə 60 dəqiqə üstün futbol oynayaraq, hesabda irəlidə olub uduzanda da tənqid edilməlidir.
Amma əndazəni aşmamaq şərtilə!
Nəriman gəncdi. Qalib gəldiyimiz anda meydana çıxır və azarkeşlər onu alqışlayıb motivasiya vermək əvəzinə fitə basır. Təbii ki, bundan sonra futbolçu özünü itirib heç bir faydalı hərəkət etməyə bilər.
Qurban Qurbanovun da səhv limiti var. Bu oyunda əvəzetmələri, hesabda irəlidə olduğumuz anda tempi salmaq əvəzinə komandanın irəli atılmasını anlamaq bir qədər çətindir.
Amma bu həmin Qurbandı!
Udsaq da, uduzsaq da bu yerlərdə olmağımıza görə yalnız və yalnız təşəkkürə layiq Qurban!
İrəlidə iki oyun var. Hələ heç nə itirilməyib. Nikbin olaq”.

Anar Xanlarov – “Rekord.az” saytının redaktoru:
“Heyf, çox heyf. "24-lük"də möhkəmlənmək üçün gözəl şansı əldən verdik. Halbuki hər şey qaydasında gedirdi. Düzdür, ilk qoldan sonra bərabərlik qolunu buraxdıq, amma fasilədən dərhal sonra ikinci qolu vurmaqla bütün sferalarda vəziyyəti xeyirimizə dəyişdik. Ümumi üstünlük də tərəfimizdə idi, hətta 3-cü qolu vurmaq üçün də bir neçə imkanımız oldu. Şəxsən mən inanırdım ki, 3 xalı götürə biləcəyik. Amma...
Qurban Qurbanov Azərbaycan futbolu üçün əvəzolunmaz simalardan biridir, onun "Qarabağ"da etdikləri, "Qarabağ"la Avropada ölkə futboluna qazandırdıqları danılmazdı. Amma müəyyən məqamlarda yersiz israrı, inadı, axına qarşı gəlməsi bu cür acı nəticələrə gətirib çıxarır. Bir zamanlar bu israr Şahruddinlə bağlı idi. İndi də sanki Nərimanla. Axı bu oyun Nərimanlıq deyildi. Həlledici oyunun həlledici anında həlledici sayılacaq əvəzləmə deyildi bu. Bir yalnış əvəzləmə bütün sistemi, oyunu məhv etdi. Açın yenidən baxın və 60-cı dəqiqədən sonra oyunun necə 180 dərəcə dəyişdiyini görəcəksiniz. 60-cı dəqiqədə, matçın bitiminə hələ yarım saat qalmasına baxmayaraq komandanın bombardiri Leandro Andrade oyundan alınır, yerinə Nəriman çıxır. Sistemin bir qanadı burda qırılır. Nəriman heç nə ilə yadda qalmır, ona gələn bütün topları itirir, rəqibin müdafiəçilərinə kömək edir. Digər tərəfdən Zubir də yorulub. Rəqib baş məşqçiyə bunu görmək üçün 5 dəqiqə bəs edir, dərhal iki əvəzləmə, Konadu və Reger “döyüş”ə atılır. Bundan sonra Qurbanovun gedişatın xeyirinə olmayan növbəti əvəzləməsi, oyunun ən yaxşılarından olan Duran da ehtiyat oyunçuların yanına göndərilir, onun yerinə Kaşuk oyuna çıxır. Bundan sonra sistemin digər qanadı da sınır. Rəqib baş məşqçi yenə 5 dəq gözləyir, qısa analiz və yenə qoşa əvəzləmə, Klassen və Qodts da meydançaya çıxır. Bununla da oyunu 180 dərəcə öz xeyirinə dəyişən “Ayaks” 3 dəqiqə sonra ard-arda qolları sıralamağa başlayır. Andrade niyə əvəzləndi, Duran niyə əvəzləndi, Nərimanın bu oyunda nə işi var idi? “Ayaks” hər nə qədər autsayder olsa da, unutmaq lazım deyildi ki, bu, Çempionlar Liqasının autsayderidi, Azərbaycan çempionatının yox. Yəni biz “Ayaks”ı “Karvan”la səhv saldıq...”.
Rəşad Ergün – “Komanda.az” saytının baş redaktoru:

““Qarabağ" çox rahat qollar buraxdı. Heyf bura kimi çəkilən əziyyətə. Əsas kilid oyunçular - Zubir, Andrade, Medina, Yankoviç, Koxalski - məğlubiyyətdə baş məşqçi qədər onların da rolu oldu.
"Ayaks"a gəlincə, “ölüb" dediyimiz komanda budursa, Bakıya yaxşı ki, "diri"si gəlməyib.
Bir də, Nəriman Axundzadə... Portuqaliyanın 2-ci liqasından gələn vinger Kamilo Duran hücumçu Nərimanı ehtiyata göndərib özü onun mövqeyində oynayırsa, deməyə söz yoxdur. Nəriman "Qarabağ"a kömək etmir, "Qarabağ" Nərimana kömək edir, klubun adından istifadə etməklə tanınıb. Bu oğlanın yeri "Şamaxı"dır, "Sumqayıt"dır, nə bilim, "Kəpəz"dir”.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri