Icma.az
close
up
RU
İdman jurnalistləri günü idman jurnalistlərinin məhkəməsi

İdman jurnalistləri günü idman jurnalistlərinin məhkəməsi

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2 iyul – Beynəlxalq İdman Jurnalistləri Günüdür.

Bu gün “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyevin idman jurnalistləri – İxtiyar Əsgərov və Anar Şabanoğluna qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası keçirilib.

İşə Nərgiz Tağıyevanın hakimliyi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb.

İclasda cavabdehlərin vəkili Səbuhi Axundov çıxış edərək Riad Rəfiyevin şikayətini əsassız sayıb, jurnalistləri tənqiddən çəkindirmək məqsədi güddüyünü deyib.

Daha sonra Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının ölkəmizdəki təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Riad Rəfiyevin mediaya qarşı təzyiqini pisləyən bəyanatı oxunub.

Bəyanatı nəzərinizə çatdırırıq:

– Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin idman jurnalistləri Anar Səid (Şabanoğlu) və İxtiyar Əsgərov barəsində məhkəmə qarşısında qaldırdığı iddianı qınayır və bildirir ki, jurnalistika cəmiyyətin əsas sahələrindən biri kimi hər hansı təzyiqdən uzaq tutulmalıdır. Təəssüflə qeyd edirik ki, yaranmış bu hal qanunvericilik və media prinsiplərindən kənara çıxmaqla bərabər, mediada fikir və söz azadlığına, jurnalistin müstəqilliyinə birbaşa müdaxilədir.

İdman jurnalistləri Anar Səid (Sabanoğlu) və İxtiyar Əsgərov 30 ilə yaxın peşə fəaliyyətləri dövründə iddia olunan hala heç vaxt yol verməyib, əksinə, öz peşəkarlıqları ilə hər zaman Azərbaycan idman mediasının aparıcı və nüfuzlu simalarından olublar.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfləri aralarında yaranmış mübahisəni yeni il ərəfəsində qarşılıqlı anlaşma yolu ilə həll etməyə, cənab Rəfiyevi iddiasını geri götürməyə və idman jurnalistlərinin məhdudiyyətsiz işləyə biləcəyi mühiti təmin etməyə çağırır.

Hazırlıq iclasında cavabdeh tərəfin vəkili ekspert rəyi ilə daha dərindən tanış olmaq üçün vaxt istəyib.

Hakim Nərgiz Tağıyeva bunu nəzərə alaraq növbəti iclası avqustun 4-nə təyin edib.

Qeyd edək ki, Riad Rəfiyev bundan əvvəl xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş və məhkəmə işi icraata götürməmişdi.

Rəfiyev bu dəfə mülki qaydada şikayət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 İyul 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri