“Qarabağ” ötən gün fantasitk məbləğ qazanıb Klubun kassasına bu qədər vəsait daxil olacaq
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu növbəti uğuruna imza atıb.
Belə ki, dünən keçirilən cavab oyununda Şimali Makedoniyanın “Şkëndiya” klubunu ümumi hesabda 6-2 üstələyən Qurban Qurbanovun komandası turnirin play-off mərhələsinə vəsiqə qazanıb.
"AzPolitika" xəbər verir ki, bu nəticə yalnız idman baxımından deyil, həm də maliyyə baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, UEFA-nın mükafatlandırma sisteminə görə, ÇL-in play-off mərhələsinə yüksələn hər bir klub təxminən 4,29 milyon avro gəlir əldə edir. “Qarabağ” da artıq bu məbləği təmin edib.
Qeyd edək ki, əgər komanda play-off mərhələsində də qalib gələrək ÇL qrupuna düşsə, əlavə olaraq 18,62 milyon avro iştirak haqqı qazanacaq. Bu isə ümumi gəliri təxminən 23 milyon avro-ya yüksəldə bilər. Bundan başqa, qrup mərhələsində hər qələbə 2,1 milyon avro, heç-heçə isə 700 min avro dəyərində əlavə gəlir gətirir.
"AzPolitika.info"


