Qarabağ qalib gələrsə inanılmazı bacarmış olacaq Deputatdan bugünkü oyunla bağlı PROQNOZ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Çempionlar Liqasının Liqa mərhələsi başlayır. Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" bu axşam "Benfika" ilə qarşılaşacaq.
Milli Məclisin komitə sədri Fazil Mustafa Redaktor.az-a "Qarabağ" ilə"Benfika" oyundan gözləntilərindən danışarkən bildirdi ki, futbolun nəticələrini əvvəlcədən söyləmək çətindir.
""Benfika" qat-qat "Qarabağ"dan güclü komandadır, maddi imkanları böyük olan komandadır. Futbol həm də onların meydançasında oynanılır. Ona görə də çox çətin bir oyun olacaq. "Qarabağ"ın qalib gəlmə ehtimalı isə çox azdır. Amma ən azı bu səfərdən bir heç-heçə ilə dönmək, yaxud da çox böyük hesablı olmayan məğlubiyyətlə dönmək "Qarabağ"ın motivasiyasını yüksək saxlamağa imkan verəcək. Çünki Çempionlar Liqasında bu cür komandalarla baş-başa oynamaq çox çətindir. Həm də o baxımdan ki, daha güclü ehtiyat kadrların olmadığı halda böyük matçı qazanmaq çox çətindir. "Qarabağ" qalib gələrsə inanılmazı bacarmış olacaq, amma bu ehtimalı çox da real görmürəm. Bütün hallarda "Qarabağ"ın matçı böyük fədakarlıqla sona çatdıracağına əminəm", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















