Qarabağ regionu üzrə “Qərbi Azərbaycana qayıdış” olimpiadasında 400 dən artıq şagird iştirak edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bərdə, 3 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mayın 3-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 7 mərkəzdə təşkil olunan olimpiadada 400-dən artıq şagird iştirak edib. Məktəblilərə qapalı test formatında 30 sual təqdim olunub, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb.
Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.
Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















