“Qarabağ” rəsmisi: “Strasbur” Əli Bəşirovun performansını bəyənib”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Fransanın “Strasbur” klubu Azərbaycanın U-16 millisinin və “Qarabağ”ın futbolçusu Əli Bəşirovun performansını bəyənib”.
Bunu Ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
Mütəxəssis prosesin gedişatı barədə danışıb.
“Bizə futbolçunun keyfiyyətləri barədə atletik performans testlərini göndərdilər. Ümumilikdə futbolçumuzun oyunu onları qane edib, performansını bəyəniblər. Amma prosesi necə davam etdirəcəyimiz bəlli deyil, çünki danışıqlar hələ başlamayıb. Oyunçunun 16 yaşı olduğu üçün keçidin necə reallaşacağı bilinmir, çünki ortada FIFA-nın qaydaları var. Klublar arasında mütləq danışıqlar aparılmalıdır. Onun Fransaya getmək ehtimalı var. Lakin bu, rəsmi müzakirələrdən asılı olacaq”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Əli Bəşirov Fransanın “Strasbur” klubunda keçirdiyi iki həftəlik təcrübə proqramını başa vurub. 16 yaşlı futbolçu təcrübə müddətində klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















