Icma.az
close
up
RU
Qarabağ Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib Kadi transferiylə bağlı sirləri açdı

Qarabağ Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib Kadi transferiylə bağlı sirləri açdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Kadi Borgesin "Qarabağ"a transferiylə bağlı şok detallar üzə çıxıb.

"Football-plus.az" xəbər verir ki, "Nemzeti Sport" bu barədə "m4sport.hu" saytına istinadla məlumat yayıb. Belə ki, Macarıstan mətbuatına açıqlama verən futbolçu əslində komandasından ayrılmaq niyyətində olmadığını bildirib. O, hər şeyin qəfil baş verdiyini deyib:

"Evdə ertəsi gün Macarıstan çempionatında baş tutacaq növbəti oyuna hazırlaşırdım. İdman direktorumuz Tamaş Haynaldan gələn zəng məni xeyli təəccübləndirdi. O, "Ferentsvaroş"dan ayrılmaq istəmədiyim halda, məndən başqa komandaya keçmək istəyib-istəmədimi soruşdu. Cavabım belə oldu: klubum və mənim üçün faydalı olacaqsa, bəli. Bundan sonra danışıqlar prosesinin başlayacağını düşünürdüm. Sən demə, hər şey artıq son mərhələdəymiş. Dərhal menecerimə zəng etdim. O məsələdən xəbərdar olmadığını dedi. Mən hələ də hadisələrin səbəbini başa düşməmişəm. Hər şey bir anda baş verdi.
Qısası, "Qarabağ"a keçidim "Ferentsvaroş"un qərarıdı. Komandadan ayrılmaq üçün heç bir səbəbim yox idi. Yayda gəlmişdim və uzunmüddətli müqavilə imzalamışdım. Danışıqlar yalnız klublar arasında baş tutdu. Sonradan öyrəndim ki, Julio Romaoyla danışıqlar başlayıb və onunla dəyişdirilirəm. "Qarabağ" Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib.
Mən "Ferentsvaroş"un arxa qapısından qaçmadım. Ordan başıuca ayrıldım. Bu komandada özümü çox yaxşı hiss edirdim. Bilirəm ki, statistikam yaxşıdı və həmin rəqəmlər yalan danışmır. Bəlkə də hamısı səhvdi və mən futbol haqda nəsə bilmirəm. Yəqin ki, "Qarabağ"la "Ferentsvaroş"un belə qərar verməsi hər ikisi üçün yaxşıdı. "Ferentsvaroş"u tərk etmək məcburiyyətində qalsam da, "Qarabağ"a dəyər verirəm və hörmət edirəm. Burda xoşbəxt olacam".


Xatırladaq ki, "Qarabağ" qış "transfer pəncərəsi" çərçivəsində Kadi Borgeslə 4 illik müqavilə bağlayıb.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Fevral 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri