Icma.az
close
up
RU
Qarabağ şikəstəsi ndə dəyişiklik: Bu, bəzək deyil, yaltaqlıqdır

Qarabağ şikəstəsi ndə dəyişiklik: Bu, bəzək deyil, yaltaqlıqdır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İllərdir xanəndələrin repertuarını bəzəyən "Qarabağ şikəstəsi"nin sözlərində dəyişiklik edilib. Bu yaxınlarda Əməkdar artist Təyyar Bayramov dəvət aldığı efirə özü ilə balaca xanəndələrdən birini də gətirib. Uşağın ifası hər kəsi heyran edir. Amma onun ifasında "Qarabağ şikəstəsi”nin sözlərində dəyişiklik tamaşaçıların diqqətindən yayınmayıb. 

Uşağın ifasında deyilir:

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Cabbarın, Xanın səsi,

Arifin xoş nəfəsi...

Sosial şəbəkə izləyicilərinin fikirlərinə görə, "Arifin xoş nəfəsi” ifadələri bayatıya Təyyar Bayramov tərəfindən əlavə edilib.

"Qarabağ şikəstəsi”nə edilən bu dəyişikliyin səbəbi nədir?

Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında "Qarabağ şikəstəsi”nin bir bayatı olduğunu bildirib:

"Məcbur deyil ki, şikəstəni elə Cabbar Qaryağdı, yaxud da Xan Şuşinski variantında oxuyasan. Bayatıdır, əlavələr etmək olar. Amma "Qarabağ şikəstəsi”ni Qarabağın alınması münasibətilə düzəldiblər ki, belə variantda oxumaq olar. Bu məndə belə təsir bağışlayır ki, kimlərin adını çəkirlərsə, sanki onunla demək istəyirlər ki, Qarabağı Qəzənfər Abbasov, Arif Babayev, yaxud da Mənsum İbrahimov və Alim Qasımov alıb. Qarabağ bizim oxumağımızla alınmayıb. Qarabağı şəhidlər, qazilər, Azərbaycanın Milli Ordusu və ən nəhayət, Qarabağı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev alıb. Qarabağı orada qan tökən insanlar alıb. Orada əziyyət çəkən oğlanlar olub, onların əziyyətini itirməməliyik. "Qarabağ şikəstəsi”nin sözünü bu cür dəyişmək bəzəkdir, yaltaqlıqdır. Belə desək, düzgün olar”.

Xanəndə hesab edir ki, "Qarabağ şikəstəsi”ni əruz vəznində yazılmış qəzəllərdən də seçib oxumaq olar:

"Necə ki, "Şirvan şikəstəsi”ndə həmişə biədəb söz oxuyurlar – "qoşa nar asılıb sinəsindən”. Onu Alim Qasımov novatorluq edib qəzəldən oxudu – "Mənim bu aləm içrə bir qara gözlü nigarım var”. Alim Qasımov "Şirvan şikəstəsi”nə yenilik gətirdi. Kim necə oxuyursa oxusun, amma yaltaq bayatı, qəzəl və söz oxumağa ehtiyac yoxdur. Vətəni tərənnüm edən nə varsa, onu əlavə etmək olar. Amma qondarma bayatı heç kimə lazım deyil, adamın əti tökülür. Sən Qəzənfərin adını niyə "Qarabağ şikəstəsi”nə salıb oxuyursan? Bayatını dəyişmək olar, amma orada bayağı sözlər deməyə ehtiyac yoxdur. Arif Babayev "Qarabağ şikəstəsi”ni gözəl ifa edib. Arif Babayev sənətkardır, onun adı gələndə "Segah” yada düşür. Kiminsə bayatısına Arif Babayevin ehtiyacı yoxdur”.

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:344
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri