“Qarabağ” “Simurq”dan “Kəpəz”ə qədər
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XVII turu son illərdə nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, 12 qat Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Kəpəz”ə 0:2 hesabı ilə uduzub. Ağdam klubunun Premyer Liqa matçında öz meydanında bir topdan artıq fərqlə uduzması təxminən 14 ildən sonra qeydə alınıb. 2011/12 mövsümündə “Bakı” səfərdə 4:2 hesabına sevinib. 2012-ci il aprelin 22-də baş tutan həmin görüşdən 5025 gün sonra “Kəpəz” eyni fərqlə qalib gəlib.
“Qarabağ”ın çempionatdakı ev oyununda qol vurmadan 2 və ya daha çox top buraxması isə Qurban Qurbanovun komandadakı debüt mövsümündə yaşanıb. 2008/09 mövsümündə “Simurq” ağdamlıların meydanında 2:0 hesabına sevinib. 17 il əvvəl – 2008-ci il sentyabrın 27-də keçirilən görüşdən 6328 gün sonra eyni nəticə təkrarlanıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 Yanvar 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















