Icma.az
close
up
RU
Qarabağ Universiteti dünya səviyyəli universitetə çevrilir? AÇIQLAMA

Qarabağ Universiteti dünya səviyyəli universitetə çevrilir? AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Qarabağ Universiteti yaradılanda Prezident İlham Əliyev bununla bağlı müvafiq sənədi imzaladığı zaman jurnalistlərə deyib ki, Qarabağ Universiteti bizim arzularımızın, xəyallarımızın universiteti olacaq:

"Universitetin yaranmasından bu günə qədər həm müasir infrastruktura malik, eyni zamanda kifayət qədər keyfiyyətli təhsil müəssisəsi olaraq universitetin qurulması naminə ən yüksək səviyyədə istər dövlət tərəfindən, istər dövlət başçımız tərəfindən, eyni zamanda universitetin uğurlu kollektivi və rəhbərliyi tərəfindən işlər görülür və görülməkdədir. Mən düşünürəm ki, çox böyük zaman keçməyəcək, biz Qarabağ Universitetinin adını dünyanın ən nüfuzlu universitetləri sırasında görəcəyik. Mən universitetdə bir neçə dəfə olmuşam və orada təhsil naminə ürəkdən görülən işlərin şahidi olmuşam. Bu gün də düşünürəm ki, universitetin məhz inkişafı naminə görülən bütün işlər həm də ölkəmiz, təhsilimiz, gələcəyimiz olan övladlarımızın təhsilli olması naminə görülür".

Müsahibimizin fikrincə, Qarabağ Universiteti və İstanbul Texniki Universitetinin birgə ikili diplom proqramı Azərbaycanın ali təhsil sistemində mühəndislik kadrlarının hazırlanmasında çox mühüm və strateji bir addımdır:

"Tərəfdaşlıq ölkəmizdə regional təhsilin beynəlxalq standartlara inteqrasiyasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması üçün qlobal rəqabətədavamlı mütəxəssis bazası formalaşdıracaq. Ümumilikdə, fikrimcə, layihə sadəcə iki universitet arasında sıradan bir sənəd mübadiləsi deyil, mühəndislik təhsilində tamamilə yeni bir ekosistemin qurulması deməkdir. Nəzərə alsaq ki, Türkiyənin bir nömrəli, dünyanın isə 279-cu ən yaxşı universiteti olan İstanbul Texniki Universitetinin təcrübəsinin Xankəndi şəhərinə, Qarabağ Universitetinə gətirilməsi təhsilin keyfiyyət tərəfini kökündən dəyişəcək. Proqramın 3+1 modeli əsasında qurulması, 3 il Xankəndidə, 1 il İstanbulda təhsil almaq kimi yanaşma tələbələrin həm yerli reallıqlara bələd olmasına, həm də beynəlxalq mühitə adaptasiyasına imkan yaradacaq. Proqramın tam dövlət hesabına və ingilis dilində reallaşması isə istedadlı gənclər üçün bərabər və əlçatan imkanlar yaradacaq. Bütövlükdə, İstanbul Texniki Universitetinin professor-müəllim heyəti birbaşa Xankəndi şəhərindəki Qarabağ Universitetində tədris prosesinə cəlb olunacaq. Bu, yerli müəllimlər üçün də ciddi təcrübə mübadiləsi rolunu oynayacaq. Akademik transfer və güclü professor heyətinin birgə işi ümumi keyfiyyətə öz təsirini göstərəcək".

İ.Orucov vurğuladı ki, Qarabağ Universitetində İstanbul Texniki Universitetinin standartlarına uyğun qurulacaq yeni laboratoriyalar və müasir infrastruktur tələbələrə elmi-nəzəri bilikləri dərhal təcrübəyə çevirmək şansı verəcək:

"Həm də bu, strateji ixtisaslar üzrə kadr təminatını reallaşdıracaq. Proqramın əhatə etdiyi sahələr kifayət qədər stratejidir. İnşaat mühəndisliyi ixtisası Qarabağın yenidən qurulması və ağıllı şəhər layihələri üçün, elektrik və elektronika mühəndisliyi bölgənin yaşıl enerji zonasına çevrilməsi naminə, mexanika və kimya mühəndisliyi ixtisasları isə sənaye müəssisələrinin qurulması üçün çox mühüm kadr təminatı rolunu oynayacaq. Eyni zamanda məzunlar vahid deyil, hər iki universitetin diplomunu alacaqlar. İstanbul Texniki Universitetinin diplomu ümumilikdə təhsil tutumlu ölkələrdə, xüsusilə Amerika Birləşmiş Ştatları və Avropa ölkələri tərəfindən tanındığı üçün – buna "Europass" standartı deyilir – bu, gənclərimizin qlobal əmək bazarında da birbaşa işləmək imkanı qazanmasına şərait yaradacaq. Həmçinin tələbələrin yay məktəbləri və real istehsalat təcrübəsi keçməsi universitet-sənaye sinergiyası əsasında məzun olan kimi onların hazır mütəxəssis olmasını təmin edəcək".

Həmsöhbətimiz hesab edir ki, bu işlər, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı sərəncamından doğan ən uğurlu vizyonlardan biridir:

"Qarabağ Universitetini qısa müddətdə regionun elm və texnologiya mərkəzinə çevirəcək bu proqram təhsil sferasında keyfiyyət standartlarını tamamilə yeni mərhələyə daşıyır. Universitetin kifayət qədər gənc, perspektivli, bütövlükdə dünyanın təhsil mənzərəsini bilən komandası var. Universitetin kifayət qədər müasir dünyagörüşlü rəhbərliyi, rektoru var, ümumilikdə prosesləri idarə edə biləcək komandası var. Mən hesab edirəm ki, biz Qarabağ Universitetinin yaxşı səsini, sədalarını, onun məzunlarının sədalarını, təbii ki, yaxın gələcəkdə eşidəcəyik. Bütün bu işlər dövlətimiz naminədir, təhsilimiz naminədir və inkişafımız naminədir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri