Icma.az
close
up
RU
Qarabağ Universiteti suverenliyimizin bərpasının yetirməsidir

Qarabağ Universiteti suverenliyimizin bərpasının yetirməsidir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə aprelin 14-də Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Ulu öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib. Məclisdə prokurorluq, hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında dayanan vəzifələrdən bəhs edib. Rektor vurğulayıb ki, universitetin fəaliyyətində Heydər Əliyev irsinin, dövlətçilik prinsiplərinin və suverenlik dəyərlərinin təbliği əsas istiqamətlərdəndir.

Elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyev irsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. O bildirib ki, gənc nəslin tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Hər bir gənc tariximizə ehtiramla yanaşıb onu dərindən mənimsəməli, xüsusən xalqımızın qanı bahasına əldə edilmiş suverenliyimizin qorunmasını özlərinə ən ümdə məqsəd bilməlidirlər.

Baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyevin suveren Azərbaycanın hüquqi əsaslarının formalaşdırılmasında müstəsna tarixi rolunu, Qarabağ bölgəsinə və ümumilikdə ərazi bütövlüyümüzə dair prinsipial mövqeyini qeyd edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Baş prokuror bildirib ki, Ümummilli liderin dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyəti nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub.

Kamran Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olması ilə yanaşı, ümummilli lider Heydər Əliyevin

Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağın suveren Azərbaycan dövləti çərçivəsində inteqrasiyası, dövlət idarəçiliyinin bərpası və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib, o, Heydər Əliyev irsinin bu prosesdə yolgöstərici rolunu vurğulayıb.

Sonra Qarabağ Universitetinin “Maarifləndirmə və hüquq-mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi” layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri