Icma.az
close
up
RU
Zəfərin təhsil simvolu: Qarabağ Universiteti

Zəfərin təhsil simvolu: Qarabağ Universiteti

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarabağın əsrarəngiz, füsünkar bölgələrindən biri də Xankəndi şəhəridir.  Bu tarixi məkan xalqımızın qəlbində müqəddəs və unudulmaz bir yaşayış məskəni kimi əbədiyyət qazanıb. Strateji əhəmiyyətli şəhər imperiyanın planlı siyasəti sayəsində 70 ilə qədər erməni daşnaklarının başında dayanan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb.  Bu illər ərzində erməni şovinistləri doğma yurdumuza sahiblənmək məqsədilə burada  yaşayan həmvətənlərimizin orada məskunlaşmasının qarşısını almağa çalışmış, 90-cı illərdən isə onları  tamamilə sıxışdırıb çıxarmış və  didərgin salmışlar. Lakin o yerin əbədi və əzəli sakinləri bu tarixi şəhərimizi – Xankəndini həmişə qəlblərində öz adıyla yaşatmışlar. 

30 illik ayrılıqdan sonra öz isti yuvalarına dönən soydaşlarımızın gəlişi ilə bütün Qarabağda, o cümlədən Xankəndində həyat yenidən dirçəlir, yollar çəkilir, məktəblər açılır, ictimai binalar, yaşayış evləri tikilir. Şəhərdə gedən bu dinamik iş prosesində diqqət çəkən ən önəmli məqamlardan biri də elm məbədgahı olan Qarabağ Universitetinin fəaliyyətə başlaması və öz tələbələrini qəbul etməsidir. 

28 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla Qarabağ Universitetinin yaradılması təkcə bölgənin keçmiş məcburi köçkünləri üçün deyil, bütün xalqımız üçün sevinc və qürur mənbəyinə çevrildi. Bu qərar, yeni dövrün çağırışlarına cavab verən, müasir dünyagörüşünə və yüksək ixtisasa malik kadrların hazırlanmasını hədəfləməklə yanaşı, Qarabağ bölgəsində ali təhsil ənənələrinin yenidən qurulmasına və inkişaf etdirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Professor Şahin Bayramovun idarəçiliyi ilə çiçəklənmə dövrünü yaşayan universitet təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur və iftixar mənbəyinə çevrilir.

Odlar yurdunun bu tarixi və müqəddəs torpaqlarında zəfərin və qalibiyyətin təntənəsi çalındıqdan sonra həyatın bütün  sahələrində olduğu kimi, elmin, təhsilin, mədəniyyətin yenidən canlanmasının şahidi oluruq. Bu isə respublika rəhbərliyinin və geniş ictimaiyyətin başlatdığı böyük quruculuq və bərpa prosesinin ən önəmli və üzvi tərkib hissələrindən biridir. Məhz bu baxımdan illərcə arzusunda olduğumuz, xəyallarımızda yaşatdığımız, fəqət bu gün reallaşdırdığımız Qarabağ Universitetinin yaradılması həm rəmzi səciyyə daşıyır, həm də strateji baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir.  Qarabağ Universitetinə  yalnız bir təhsil müəssisəsi, gənclərə elmi biliklər verən, onların gələcək həyat yollarını stimullaşdıran  məbədgah  kimi deyil, həm də erməni vandalizmindən, işğal və istiladan xilas edilərək öz nicat yolunu tapmış vətən torpağında yeni həyatın başlanmasının rəmzi kimi baxmaq daha doğru olardı. Şübhəsiz ki, bu gün universitetdə fəaliyyət göstərən pedaqoji, incəsənət, iqtisadiyyat və informasiya texnologiyaları sahələri üzrə təhsil alan, potensial elmi biliklərə malik olan gənclər bölgənin sosial-iqtisadi inkişafına öz layiqli töhfələrini verəcək, Qarabağın əvvəllkindən daha yaxşı vəziyyətə çatdırılmasında fəal iştirak edəcəklər.

Qarabağ Universitetinin fəaliyyətə başlaması hər bir Azərbaycan gəncində doğma vətənə, xüsusilə ölkə prezidenti cənab İlham Əliyevin apardığı  taktiki və strateji siyasətə dərin inam hissi ifadə edir. Universitetdə təhsil alan gənclər vətəndaşı olduğu cəmiyyətin fəal bir üzvü kimi boy atdığı, gəzdiyi, yaşadığı, fəaliyyət göstərdiyi torpağın ərazi bötövlüyünün şəhid qanı ilə suvarılaraq  qorunduğunu  bütün məsuliyyəti ilə dərk edir və bu şərəfli missiyanın daşıyıcıları olaraq üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər.

Universitetin açılması, eyni zamanda, region gəncliyinə doğma torpaqlarında təhsil almaq, vətənə xidmət etmək baxımından da geniş imkanlar yaradır. Qarabağ Universitetinin rektoru, professor Şahin Bayramovun rəhbərliyi ilə Əzizağa Nəcəfov, İlham İlyasov, Elçin İbrahimov, Kəklik Gözəlova və  pedaqoji kollektivin digər üzvləri müəyyən tarixi ənənələrə malik olan Azərbaycanın tanınmış ali məktəbləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən, böyük təcrübə keçmiş nüfuzlu universitetlərlə də qarşılıqlı əməkdaşlıq edirlər. Bu məqsədyönlü, səmərəli əməkdaşlıq gələcəkdə birgə elmi tədqiqatların həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi, beynəlxalq səviyyəli layihələrin gerçəkləşdirilməsi kimi mühüm sahələrdə müsbət rol oynayacaq. Bununla yanaşı, Qarabağ Universiteti təkcə Azərbaycan gəncləri üçün deyil, həm də xarici tələbələrin təhsil ala biləcəyi, yüksək elmi biliklərə yiyələnəcəyi bir təhsil ocağı kimi böyük potensiala malik  elm ocağıdır. Universitetin yerləşdiyi coğrafi mühit, cəlbedici  təbii gözəllik, zəngin tarixi və mədəni abidələrin mövcudluğu xarici tələbələrin bu təhsil müəssisəsinə marağını daha da artırır.  Qarabağ Universitetinin zəngin təchizat bazasına malik olması tədrisin  keyfiyyətinin yüksəldilməsində əsas rol oynayır. Müasir tədris avadanlıqları, innovativ yanaşmalar, rəqəmsal texnologiyaların tətbiqi və əsasən gənclərdən ibarət yüksək ixtisaslı professor-müəllim heyəti Qarabağ Universitetini dünya təhsil sisteminə inteqrasiya edən önəmli cəhətlərdən biridir. Universitetdə çalışan yüksək ixtisaslı pedaqoji kadrlar tələbələrə təkcə nəzəri biliklər verməklə kifayətlənmir, həm də praktiki cəhətdən tələbələrin öz peşələrinə yiyələnməsinə geniş imkanlar açır, nəzəriyyə ilə təcrübəni bir arada birləşdirməyə böyük önəm verirlər. Bu gün kövrək addımlarla sabaha doğru inamla irəliləyən bu müqəddəs məbədgah Azərbaycan xalqının, müasir gəncliyimizin sabaha açılan qapısı, etibarlı, dayanıqlı elmi potensialı, ölkəmizin ictimai-siyasi, sosial, ədəbi-mədəni həyatının təminatçısıdır.  Bu gün universitetdə təhsil alan gənclər sabah  vətənimizi beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda təmsil edəcək, Azərbaycanın  səsini bütün dünyaya çatdıracaq, öz sanballı və dəyərli tədqiqatları ilə bəşəriyyətə layiqli töhfələr verəcəklər. Eyni zamanda onlar zaman-zaman əldə etdikləri bilik və bacarıqları təmənnasız olaraq öz vətəninin, xalqının tərəqqisinə və inkişafına sərf edəcəklər. Buna görə də Qarabağ Universiteti yüksək vətənpərvərliyin və Azərbaycançılığın simvoludur.

Qarabağ  Universitetinin  düşmən tapdağından azad olunmuş torpaqlarda elm, maarif və mədəniyyətin  bərpası və inkişafında, müxtəlif yönümlü, yüksək ixtisaslı kadrların hazırlanmasında və bütövlükdə regionun intellektual potensialının formalaşdırılmasında müstəsna rolu vardır. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq universitet beynəlxalq aləmə inteqrasiya istiqamətində mühüm işlər həyata keçirir. Dünyanın ən reytinqli universitetləri ilə qarşılıqlı əməkdaşlıq, ortaq layihələr və beynəlxalq simpoziumların təşkil olunması bu təhsil ocağının geniş miqyasda tanınmasına təminat yaradır. Universitet rəhbərliyinin, pedaqoji kollektivin təşkil etdiyi beynəlxalq elmi konfranslar, seminarlar, texnologiya sərgiləri və müasir təhsilə dair forumlar bu təhsil ocağına olan  akademik və elmi marağı gündən-günə artırır. Dünyanın müxtəlif ölkələrini təmsil edən alim və mütəxəssislərin bu möhtəşəm tədbirlərə qatılması həm Qarabağ Universitetinin nüfuzunun  yüksəlməsinə, həm də regionda sabitliyə, əmin-amanlığa, quruculuq və bərpa işlərinə müsbət təsir göstərir. 

Bununla yanaşı, Qarabağ Universiteti Qarabağın tarixini, coğrafiyasını, etnoqrafiyasını öyrənmək və tədqiqata cəlb etmək istiqamətində də təxirəsalınmaz işlər görür. Bu tədqiqatların aparılmasında əsas məqsəd  təkcə Qarabağın tarixi keçmişi ilə bağlı məlumatların öyrənilməsi deyil, həm də bölgənin  gələcəyə dair strateji platformasını müəyyənləşdirməkdir.  Ən əsası isə Qarabağ Universitetinin fəaliyyət proqramında milli-mənəvi və ədəbi-bədii dəyərlər də diqqət mərkəzində saxlanılır. Hal-hazırda  universitet  zəfərin, quruculuğun və beynəlxalq elmə açılan qapının açarı funksiyasını uğurla həyata keçirir. Qarabağ Universiteti həm elmli, savadlı və intellektual səviyyəyə malik olan akademik  bir mərkəz, həm də Azərbaycan xalqının milli qürur və mədəniyyətinin çağdaş mərhələdəki qalibiyyət  simvoludur. Universitetin gələcəyi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün böyük strateji əhəmiyyət daşıyır. Belə bir elm ocağının beynəlxalq aləmdə tanınması, Qarabağ adının elm və texnologiya sahəsində də şöhrət tapmasına imkan verəcək. Növbəti tədris ilindən universitetdə yeni fakültələrin, xüsusilə tibb fakültəsinin açılması və tələbə sayının artırılması nəzərdə tutulur. Bu tədris ocağının genişlənməsi universitetin təkcə Cənubi Qafqazda deyil, dünya arealında tanınmasına gətirib çıxaracaq.

İnanırıq ki, 2020-ci ildə öz canları-qanları bahasına Qarabağ torpaqlarını erməni vandalizmindən xilas edən şəhidlərimizin yüksək vətənpərvərlik hissini bugünkü gəncliyimiz Qarabağ Universitetində təhsil almaqla, dünyəvi təhsil sisteminə  inteqrasiya etməklə uğurla davam etdirəcəklər.  Vətən mücahidlərinin ruhu qarşısında öz vətəndaşlıq borclarını  o yerlərin ictimai-siyasi, sosial, ədəbi- mədəni həyatının bərpası və zirvəyə yüksəldilməsinə sərf edəcək və Azərbaycan xalqının, onun tərəqqipərvər, azadlıqsevər insanlarının  amallarını inamla yaşadacaqlar. Qarabağ Universitetinin kollektivinə bu şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq.

Elmira Babayeva

filologiya  üzrə fəlsəfə doktoru,dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see266

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see253

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see250

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see249

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see248

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see247

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see246

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see245

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see224

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see223

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see221

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see218

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see218

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see212

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see206

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see205

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see200

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see198

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri