Qarabağ Universitetinə yeni dekan müavini təyin OLUNDU
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Əli Məmmədov Biznes və İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin olunub.
Redaktor.az Qarabağ Universitetinin məlumatına əsasən xəbər verir ki, Əli Məmmədov Böyük Britaniyanın Ekseter Universitetində biznes və menecment ixtisası üzrə doktorluq, Liverpul Universitetində isə MBA dərəcəsi alıb.
O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Regionşünaslıq fakültəsinə qəbul olunub və 2009-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.
Əli Məmmədovun elmi-tədqiqat fəaliyyəti eko-innovasiya, rəqəmsal transformasiya, təchizat zəncirinin idarə edilməsi və maliyyələşdirilməsi, risklərin idarə olunması, eləcə də müəssisələrin fəaliyyət göstəricilərinin təhlili istiqamətlərini əhatə edir. Onun elmi məqalələri Business Strategy and the Environment, Technological Forecasting and Social Change və IEEE Transactions on Engineering Management kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub.
Ekseter Universitetində iqtisadiyyat, biznesin idarə edilməsi və menecment fənlərini tədris edən Əli Məmmədov müxtəlif elmi-tədqiqat layihələrində də iştirak edib. O, ali təhsil proqramlarının hazırlanması, kurikulumların beynəlxalq standartlara uyğunlaşdırılması, məlumatların təhlili və akademik keyfiyyətin təmin edilməsi sahələrində geniş təcrübəyə malikdir.
Onun peşəkar fəaliyyəti elmi tədqiqat, ali təhsildə tədris, akademik idarəetmə və biznesin idarə olunması istiqamətlərini birləşdirir.
https://crossmedia.az/az/article/115283
Baxış sayı:132
Bu xəbər 02 Noyabr 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















