Qarabağ və futbolçuları fərqli nominasiyalarda ilk 10 luq da yer alıblar Çempionlar Liqası
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" klubu və futbolçuları UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4 oyunundan sonra müxtəlif nominasiyalarda ön pillələrdə qərarlaşıblar. SİA xəbər verir ki, "köhlən atlar" matçlarda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb.
Azərbaycan çempionunun oyunçuları dörd qarşılaşmada bunu 190 dəfə bacarıblar. Komandanın üzvü Kamilo Duran iki məhsuldar ötürmə ilə 5-ci pillədə qərarlaşan 24 oyunçudan biridir.
Kevin Medina isə rəqiblərdən top almağa görə "10-luq"da yer alıb. Buna 28 dəfə nail olan kolumbiyalı müdafiəçi "Benfika"dan Nikolas Otamendi, Entso Barreneçea, "Nyukasl"dan Dan Burn və "Liverpul"dan İbrahima Konate ilə birlikdə bu sıranı bölüşdürür.
Qeyd edək ki, "Qarabağ" 4 turdan sonra Çempionlar Liqasının Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 06 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















