“Qarabağ” və “Kəpəz” 1/4 final mərhələsinə
Icma.az bildirir, Modern.az portalına istinadən.
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Modern.az xəbər verir ki, eyni vaxtda start götürən matçlarda “Qəbələ” “Qarabağ”ı, “Kəpəz” “İmişli”ni qəbul edib. Hər iki qarşılaşma Premyer Liqa təmsilçilərinin qələbəsi ilə başa çatıb.
Ağdam klubu meydan sahiblərinin qapısından 2 cavabsız top keçirib. Hesabı 7-ci dəqiqədə Abdullah Zubir açıb. 90+1-ci dəqiqədə isə “Qəbələ”nin heyətində Murad Musayev avtoqol müəllifi olub.
“Kəpəz” isə çətinliklə mərhələ adlayıb. Matçın taleyini 1 qol həll edib. Kərim Lkuçanın 85-ci dəqiqədə penaltidən vurduğu qol Gəncə təmsilçisini 1/4 finala yüksəldib.
Növbəti mərhələdə “Qarabağ” “Səbail”lə, “Kəpəz” “Neftçi” – “Difai” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Dekabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















