“Qarabağ” və Koxalski ən yaxşılar arasında
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Liqasının Liqa mərhələsinin ən yaxşıları açıqlanıb.
İdman.biz xəbər verir ki, UEFA-nın rəsmi saytı müxtəlif statistik göstəricilər üzrə ən yaxşıları müəyyənləşdirib.
Liqa mərhələsini 36 komanda sırasında sonuncu yerdə başa vuran Azərbaycan çempionu “Qarabağ” da üstün cəhəti ilə fərqlənib. Ağdam klubu qapıçılarının qurtarışları ilə fərqlənib.
“Qarabağ” mərhələnin 8 matçında 34 seyv edib. Bu, 4-cü nəticədir.
Yalnız Kiyev “Dinamo”su (41), “Elfsborq” və “Lüdoqorets” (hərəsi 37) daha çox seyvlə yadda qalıb. “Fənərbaxça” isə “Qarabağ”la eyni nəticəyə malikdir.
34 seyvdən 29-u Mateuş Koxalskinin hesabındadır. Polşalı qapıçı Avropa Liqasının bu mərhələsində 5-cidir. O, İsak Petterson (“Elfsborq”, 41 seyv), Martin Yedliçka (“Viktoriya”, 33 seyv), Nikita Haykin (“Bodo Qlimt”, 32 seyv) və Georgi Buşandan (“Dinamo” K, 31 seyv) geri qalır. Fabris Ondoa (RFS) isə Koxalskiyə şərikdir.
Qeyd edək ki, “Qarabağ” mərhələnin 8 matçında 20 qol buraxıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 31 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















