Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur Naxçıvanla birləşdirilir Prezident elan etdi

Qarabağ və Şərqi Zəngəzur Naxçıvanla birləşdirilir Prezident elan etdi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə bir çox maraqlı və diqqətçəkən məqamlar var. Bunlardan biri də Naxçıvanın Azərbaycanın digər hissəsi ilə birləşdirilməsi haqdadır. Prezident müsahibədə açıq şəkildə bunu söyləyib.

Dövlət başçısı Naxçıvan mövzusuna həm də Zəngəzur dəhlizinin açılması kontekstində münasibət bildirib.

İlham Əliyev deyib:  “Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq – bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”.

İlham Əliyevin sonrakı fikirləri də olduqca maraqlıdır.

Sitat: “Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik”.

Prezident Zəngəzur dəhlizinin açılması mövzusunda danışarkən açıq və qəti mövqe sərgiləyib: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar (ermənilər-red.) bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır.

Biz belə vəziyyətdə qala bilmərik. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana biz müxtəlif yollarla niyə getməliyik? Bütün bunları onlar nəzərə almalıdırlar. Və mən bir dəfə demişəm: onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik”.

Bu bəyanatlar Azərbaycan dövlətinin Naxçıvan Muxtar Respublikası ilə bağlı yaxın gələcəkdə mövqeyini ifadə edir. Zəngəzur dəhlizinin açılacağı, bunu artıq heç Ermənistanın belə əngəlləyə bilməyəcəyi mesajları aydın görünür. Prosesin çox ciddi və dərin qatları var. Belə çıxır, Ermənistan dəhlizin açılmasına sona qədər müqavimət göstərə bilməyəcək. Bakı onu buna məcbur edə bilər.

Beləliklə, Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, Naxçıvan Azərbaycana – Qarabağa və Şərqi Zəngəzura birləşdirilir. Bu isə Qərbi Zəngəzurdakı proseslərdən asılı olacaq.

Bölgə növbəti reallıqla üz-üzədir. Bu reallığı Azərbaycan yaradır və idarə edir. Hər an ciddi dəyişikliyi şahidlik edə bilərik…

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri