On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunan iki adda bioloji aktiv qida məhsulunun laborator müayinələri aparılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr zamanı “Baku Pharm” MMC-nin idxal etdiyi və “Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti” müəssisəsinin istehsalı olan 5059 ədəd “Nosetin” əmtəə nişanlı məhsulun (istehsal və son istifadə tarixləri: 01.10.2025–01.10.2028, partiya nömrəsi: HNRNTN2) tərkibində “L-carnitine” və “Citicoline” maddələrinin miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Həmçinin “EN Life Group” MMC-nin idxal etdiyi və “Aspar İlaç Kozmetik Gida Sanayi A.Ş.” müəssisəsinin istehsalı olan 5000 ədəd “Magintens” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda (istehsal və son istifadə tarixləri: 01.04.2026–01.04.2029, partiya nömrəsi: MS 00501) “Vitamin B2” və “Maqnezium bisqlisinat + maqnezium sitrat”ın miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb və məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 04 Noyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















