Icma.az
close
up
RU
“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimatı keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, atlas Geologiya və Geofizika İnstitutunun (aparıcı təşkilat), Elm və Təhsil Nazirliyinin və AMEA-nın strukturuna daxil olan institutların, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə əməkdaşlığı əsasında hazırlanıb. Nəşrin baş redaktoru Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, elmi rəhbəri və redaktoru AMEA-nın müxbir üzvü Tələt Kəngərlidir.

Tədbiri açan akademik Akif Əlizadə açaraq bildirib ki, təqdimatı keçirilən atlas geniş ictimaiyyət və mütəxəssis dairəsi üçün nəzərdə tutulub. “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın Azərbaycan, ingilis, rus dillərində nəşri onun oxucu auditoriyasının xeyli geniş olacağına imkan yaradır. Bu baxımdan nəşr Azərbaycanın Qarabağ - Şərqi Zəngəzur bölgəsinin təbiət müxtəlifliyi haqqında etibarlı məlumata ehtiyacı olan orta və ali təhsil müəssisələri, icra və bələdiyyə orqanları, elmi-tədqiqat mərkəzləri, beynəlxalq qurumlar, eləcə də digər xarici təşkilatlar üçün etibarlı vəsait kimi dəyərləndirilməlidir.

Atlas Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində çap olunub.

Atlasın elmi rəhbəri və redaktoru Tələt Kəngərli yeni nəşrin geniş təqdimatını reallaşdırdıqdan sonra mövzu ətrafında çıxışlar olub, atlasın elmi, siyasi, ictimai və digər çalətlərdən əhəmiyyəti vurğulanıb. Bildirilib ki, ölkə rəhbərinin qayğısı və dəstəyi ilə ərsəyə gətirilmiş nəfis atlas bölgənin təbiət müxtəlifliyi üzrə əsas istiqamətverici sənəd kimi əvəzolunmaz elmi topludur və ölkənin digər bölgələri üzrə oxşar əsərlərin yaradılması üçün nümunə kimi qəbul oluna bilər.

Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb və təkliflər səsləndirilib.

Təqdimat mərasimində Milli Məclisin, AMEA-nın Rəyasət Heyətinin, nazirliklərin, ölkənin ali təhsil müəssisələrinin, agentliklərin – ümumilikdə 30-a yaxın elmi qurumun alimləri və təşkilatların nümayəndələri iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri