Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurun yaxın illərdə Azərbaycan iqtisadiyyatının 10 faizdən çoxunu formalaşdıracağı gözlənilir

Qarabağ və Şərqi Zəngəzurun yaxın illərdə Azərbaycan iqtisadiyyatının 10 faizdən çoxunu formalaşdıracağı gözlənilir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 


Məskunlaşma sürətlənir



KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində çıxışı zamanı deyib ki, işğaldan azad edilmiş ərazilərin münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sektorlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. Sədr bildirib ki, bunun davamı olaraq KOBİA mikro, kiçik və orta sahibkarların bugünkü sərgilərdə iştirakına dəstək göstərir: “Agentliyin dəstəyi ilə aqrar və qida sektorlarında fəaliyyət göstərən 9 KOB subyektionlar üçün ayrılmış xüsusi stenddə öz məhsul və xidmətlərini təqdim edirlər. Stendimizdə mikro, kiçik və orta sahibkarlar tərəfindən istehsal olunmuş müxtəlif turşular, əzmələr, donmuş meyvə püreləri, siroplar, suxarilər, peçenyelər, təbii sirkələr, kərə yağları, şərablar, ballar, toxumlar və gübrələr, suvarma sistemləri və avadanlıqları və s. nümayiş olunur. Ümumiyyətlə, KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstəyin göstərilməsi vacibdir və bu, KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir”. O.Məmmədov vurğulayıb ki, 2018-ci ildən etibarən 1500-dən çox startap, mikro, kiçik və ortasahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib: “Eyni zamanda, KOBİA “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır. Kənd təsərrüfatı və qida sənayesi ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun aparıcı sahələrindəndir və ötən müddət ərzində ölkəmiz bu sahədə bir çox uğurlar qazanıb. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı sahəsində fəaliyyət yerli icmaların, kəndlərin və regionların, bütövlükdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında aparıcı rola malikdir. Kənd təsərrüfatı həm də qlobal miqyasda ərzaq təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edir. Heç şübhəsiz ki, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır və bu sahədə fəaliyyət nəticədə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verməkdədir”.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, habelə həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə edilməsi prioritet istiqamətlərdəndir. Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq həmin torpaqların müəyyən edilməsi, yaşayış məntəqələri salındıqca, onların zəruri infrastrukturla (suvarma, meliorasiya, elektrik və s.) təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi ilə bağlı Qaydalar təsdiq edilib. Qaydalar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb. Sənəd işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı və yaşadığı inzibati ərazi dairələrinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların birillik və çoxillik əkinlərin aparılması üçün kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə müvəqqəti icarəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydalara əsasən, torpaqlar işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və həmin yaşayış məntəqələrində yaşayan sakinlərə icarəyə verilir. Yerquruluşu işləri aparılmaqla əkinə hazır vəziyyətə gətirilmiş, yol-nəqliyyat, su, elektrik infrastrukturu qurulmuş və meliorativ tədbirlər görülmüş torpaqlar icarə obyekti ola bilər. Təbii sərhədlərlə əhatə olunmuş 5 hektardan az olan torpaq sahələri istisna olmaqla, icarəyə veriləcək torpaq sahəsi azı 5 hektar olmalıdır. Torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bu məqsədlə Nazirlik torpaqların icarəyə verilməsi barədə internet səhifəsində elan verir. Elanda torpağın məqsədli təyinatı (əkin və ya çoxillik əkmə), dəmyə və ya suvarılan olması, suvarma kanalından, elektrik xətlərindən və yoldan əraziyə qədər olan məsafə və s. göstərilir. Eyni zamanda icarəyə veriləcək torpaqlarda tətbiq edilməsi zəruri olan müasir suvarma sistemlərinin siyahısı əksini tapır. Qaydalara əsasən, bir torpaq sahəsi üçün iki və ya daha çox sakinin müraciəti əsasında kooperativ yaradılmaqla da icarəyə götürülə bilər. Torpaqlar birillik əkinlər və yonca əkinləri üzrə ilkin olaraq 2 il, çoxillik əkmələr üzrə ilkin olaraq 5  il müddətinə icarəyə verilir. Torpaqların icarə müqaviləsinə uyğun istifadə olunduğu müəyyən edildikdə birillik əkinlər, habelə yonca əkinləri üzrə icarə müddəti 3 il, çoxillik əkmələr üzrə isə 15 il uzadıla bilər. İcarə müqaviləsinin müddəti bitdikdən sonra yeni müqavilə bağlanılarkən həmin icarəçiyə və onun vərəsələrinə üstünlük verilir. Müqavilə bağlayan sakinlər onlara verilmiş torpaq sahəsini təyinatı üzrə və müasir suvarma sistemləri tətbiq edilməklə istifadə etməlidirlər. Həmçinin, torpaqların icarəyə götürülməsi üçün müraciət edən sakinlərin torpaqlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində bilik və bacarığının təkmilləşdirilməsi məqsədilə Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən onlara təlimlər keçirilə bilər.


Millət vəkili Vüqar Bayramov Sherg.az-a açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərimizə sahibkarlığın, biznesin cəlb edilməsi, xüsusən mikro, kiçik və orta sahibkarların prosesdə daha fəal iştirakı vacibdir. Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda bizneslə məşğul olmaq istəyən, bölgəyə sərmayə qoymaq niyyətində olan sahibkarlar üçün 10 il müddətində güzəştlər tətbiq olunmaqdadır: 

seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see273

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see181

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see136

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri