Qarabağ veteranları və əlillərinin sayı açıqlanıb Onıara nə qədər təqaüdü verilir?
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda müharibə veteranlarının sayı 184 574 nəfər olub. Onlara ayda 80 manat Prezident təqaüdü verilir.
Bu barədə Dövlət Statistika Komitəsinini məlumatında bildirilib.
“Müharibə veteranı” statusu daşlyan şəxslərdən 180 836 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edənlərdir.
3 738 nəfər müharibə veteranı isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər, keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir.
2025-ci il aprelin 1-nə olan məlumata görə, 1941-1945-ci illər müharibəsiinin iştirakçılarının sayı 13 nəfərdir. Onlara ayda 330 manat Prezident təqaüdü verilir.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı da açıqlanıb – 19 520 nəfər.
Onlardam Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər 14229 nəfər təşkil edib (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 382,87 manat).
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 822 nəfərdir (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 386,11 manat).
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər isə 2 469 nəfər (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 400,27 manat) təşkil edib.
Baxış sayı:159
Bu xəbər 15 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















