“Qarabağ” “xorvatiyalı Messi” ilə maraqlanır
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Niderlandın “Fortuna” klubunda çıxış edən Alen Haliloviç karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Qarabağ” xorvatiyalı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə Xorvatiyanın “Tportal” nəşri məlumat yayıb. 29 yaşlı futbolçu Türkiyənin “Trabzonspor” klubunun da diqqət mərkəzindədir.
Haliloviç Zaqreb “Dinamo”sunun yetirməsidir. Xorvatların “Xorvatiyalı Messi” adlandırdığı oyunçu 2014-cü ildə “Barselona”ya keçib. Əsas komandada möhkəmlənə bilməyən futbolçu daha sonra “Hamburq”, “Milan”, “Standard”, “Las Palmas” kimi klublarda çıxış edib.

Çempionlar Liqası: “Qarabağ”ın oyununa xorvatiyalı hakim
18 İyul 2025 10:53
Xorvatiyalı futbolçunun “Qarabağ”a keçidi niyə alınmayıb SƏBƏB
09 Avqust 2025 13:40
Messi Qarabağ atları ilə tanış oldu
11 Dekabr 2024 14:51
Messi Bakıda Qarabağ atlarını İZLƏDİ
11 Dekabr 2024 16:04
“Qarabağ”ın xorvatiyalı qapıçısı: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
19 May 2025 15:14

