Icma.az
close
up
RU
“Qarabağ” yunanları da sevindirdi, Avropa Liqasında sonuncu oldu

“Qarabağ” yunanları da sevindirdi, Avropa Liqasında sonuncu oldu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Liqası, əsas mərhələ, 8-ci tur
Olimpiakos (Yunanıstan) – Qarabağ 3:0 (0:0)

88. Kostas Solakis (k)
5. Lorentso Pirola
16. David Karmo
(3. Fransisko Orteqa, 69)
4. Jülian Byankon
20. Kostinya
(23. Rodiney, 86)
14. Dani Qarsiya
(96. Xristos Muzakitis, 69)
32. Santyaqo Esse
10. Jelson Martinş
84. Xaralambos Kostulas
11. Kristoffer Velde
(22. Şikinyo, 69)
9. Əyub Əl-Kabi
(17. Roman Yaremçuk, 77)
Ehtiyat oyunçular
1. Aleksandros Pasxalakis
99. Aleksandros Anaqnostopulos
8. Marko Stameniç
19. Georgios Masuras
27. Serjio Oliveyra
45. Panayotis Retsos
65. Apostolos Apostolopulos
Baş məşqçi: Xose Luis Mendilibar
99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 72)
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
2. Mateus Silva
(29. Marko Veşoviç, 79)
8. Marko Yankoviç
6. Julio Romao
10. Abdullah Zubir (k)
(11. Emmanuel Addai, 79)
7. Yassin Benzya
15. Leandro Andrade
(21. Aleksey Kaşuk, 72)
90. Nəriman Axundzadə
(22. Musa Qurbanlı, 72)
Ehtiyat oyunçular
97. Fabian Buntiç
20. Riçard Almeyda
24. Aleksey İsayev
30. Abbas Hüseynov
55. Bədavi Hüseynov
66. Patrik Andrade
Baş məşqçi: Qurban Qurbanov
Qollar: Ə.Əl-Kaabi, 56 (1:0). Ə.Əl-Kaabi, 60 (2:0). J.Byankon, 89 (3:0).
Vərəqələr: K.Medina, 16. J.Romao, 41. A.Zubir, 61. M.Veşoviç, 79. E.Addai, 83. M.Qurbanlı, 90+3 – sarı.
Hakimlər: RADU PETRESKU, Radu Qinquleaç, Mirça Mihail Qriqoriu, Marsel Birsan (hamısı Rumıniya).
VAR hakimi: Katalin Popa (Rumıniya).
VAR hakiminin köməkçisi: Sebastyan Koltesku (Rumıniya).
Hakim-inspektor: Gediminas Majeyka (Litva).
UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Hersoqovina).
30 yanvar. Pirey. “Georgios Karaiskakis” stadionu. 31500 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
18 (10) qapıya (“çərçivə”yə) zərbə 3 (1)
7 künc zərbəsi 3
1 ofsayd 1
15 qayda pozuntusu 13
0 (0) sarı (qırmızı) vərəqə 6 (0)
48 topa sahibolma (faizlə) 52

Formal xarakter daşıyan oyunda hansı hesabla uduzmağın prinsipial əhəmiyyəti yoxdu. Əziz oxucu, bunu siz də bilirsiz, mən də. Bəs, niyə kədərlənirik? Niyə srağagündən bəri qəlbimizdə “köhlən atlar”a qarşı həm qırğınlıq, həm də müəyyən qəzəb hissi var? Mənə elə gəlir ki, səbəb “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində sonuncu – 36-cı yeri tutmasıyla yanaşı, bir çox səhvin ənənəyə çevrilməsiylə bağlıdı. Həm də demişdik axı, heç olmasa, yunanları sevindirməyək. Hər halda, “Qarabağ” arzumuzu gözümüzdə qoydu. Yenə künc zərbəsindən sonra qollar buraxmaqla, yenə müdafiə xəttində kobud səhvlərə yol verməklə. Hələ futbolçuların özünü psixoloji cəhətdən basqı altında hiss etdiyindən danışmırıq. Axı Qurban Qurbanov komandanın ilk “24-lük”də qərarlaşa bilməyəcəyi rəsmiləşəndən sonra demişdi ki, futbolçularım psixoloji məqamların yaratdığı təzyiqdən xilas ola bilər.
Amma olmadı. Belədə yunanlar da 2022-ci ilin oktyabrında evdə 0:3 uduzduqları rəqibdən qisası eyni şəkildə. Özü də amansız oyunla. Elə yuxarıdakı statistika “Olimpiakos”un məqsədinə ardıcıl hücumlarla, “Qarabağ”ı səhv etməyə məcbur edə-edə çatmasına sübutdu. Lakin matçın ən önəmli məqamlarını vurğulamaqda fayda var. Yoxsa acınacaqlı nəticənin səbəbkarlarından, Koxalskinin inamlı qurtarışlarından, meydan sahiblərinin göydəndüşmə fürsətlər sayəsində fərqlənmələrindən xəbərdar olmarıq. O başqa məsələ ki, 1-ci hissədə komandalar arasında elə bir ciddi səviyyə fərqi hiss olunmadı.
Yunanların ilk təhlükəli hücumu 10-cu dəqiqəyə təsadüf etdi. Koxalski başla zərbə vuran Əl-Kabinin sevinməsinə mane ola bildi. “Köhlən atlar”ın çox keçmədən reallaşan “cavab atəşi”ni Solakis zərərsizləşdirdi. Qapıçı Zubirin “çərçivə”yə göndərmək istəyidi topa sahib çıxdı. “Qarabağ”ın qapıçısı 17-ci dəqiqədə də iş başında oldu. Qolkiper bu dəfə Veldenin cərimə zərbəsindən birbaşa qapını nişan almaq niyyətini boşa çıxardı. Ardından Kostulas hesabı açmağa yaxın oldu. O, topu təxminən 30 metr məsafədən tora qovuşmaq istəyirdi ki, Koxalski kritik müdaxilə sayəsində komandasının qəhrəmanına çevrildi. Bu ərəfədə meydan sahiblərinin hüucmlarının ardı-arası kəsilmirdi. Koxalski 25-ci dəqiqədə Əl-Kabinin hesabı açmaq istəyini yenə gözündə qoydu. Birinci hissənin sonuncu təhlükəli vəziyyətində də baş rolda Əyub çıxış etdi. 45-ci dəqiqədə başla bəxtini sınayan futbolçu yenə eyni tale ilə üzləşdi.
Düzü, çoxumuz 2-ci hissədə “Qarabağ”ın hesabı açmaq üçün daha yaxşı şanslar qazanacağını düşünürdük. Yəni qələbəyə ehtiyac duyan yunanlar daha böyük qüvvə ilə irəli atılacaq, ağdamlılar əks-hücumlar üçün geniş ərazi qazanacaqdı. Təəssüf ki, umduğumuz ssenari gerçəkləşmədi. Meydan sahibləri 46-cı dəqiqədə Martinşin, ardından Kostulasın sayəsində hesabı açmağa yaxın oldu ki, birincidə Koxalski, ikincidə qeyri-dəqiqlik buna imkan vermədi. 56-cı dəqiqədə başverənlər isə “Olimpiakos”u qələbəyə aparan yol açdı. Daha doğrusu, Kostulasın künc zərbəsindən oyuna daxil etdiyi topu qarışıqlıqdan faydalanan Əl- Kabi başla tora qovuşdurdu. Geridönüş etmək olardımı? Bəlkə də Elvin Solakislə təkbətək mübarizədən qalıb ayrılsaydı, Nəriman cərimə meydançasına göndərilən topa qolkiperdən əvvəl çatsaydı, buna ümid etmək olardı. Lakin bu epizodların ardınca fərqi artıran yunanlar “Qarabağ”ı “sındırdı”. Təbii ki, bunda ən böyük pay sahibi Qarsiyanın ötürməsindən sonra dublunu rəsmiləşdirdən Əl-Kabi oldu. Həmin epizodda əsas antiqəhrəman topu rəqibə “bağışlayan” Medina idi.
…Və 89-cu dəqiqədə yekun nəticəni müəyyənləşdirən qola şahidlik etdik. Bu dəfə də “Qarabağ” künc zərbəsindən sonra top buraxdı. Koxalski Şikinyonun küncdən göndərdiyi topu tora qovuşdurmaq istəyən Yaremçuka mane olsa da, Byankonla bacarmadı. Növbəti bəd xəbər isə Kiyev “Dinamo”sunun RFŞ-yə qalib gəlməsi, “Nitsa”nın “Bude/Qlimt”lə heç-heç etməsi oldu. Belədə 36 komanda arasında ən pis nəticələrə malik “Qarabağ” sonuncu pilləyə yuvarlandı…
Fakt
"Qarabağ"ın üzvü Mateuş Koxalski Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısında qərarlaşıb. Bununla bağlı statistika UEFA-nın saytında yer alıb. 24 yaşlı qolkiper 29 dəfə seyv edib. Polşalı bu göstəriciyə görə beşinci pillədə qərarlaşıb. Birinci sırada İsveç "Elfsborq"unun "çərçivə qoruyucusu" İsak Pettersson yer alıb. Xatırladaq ki, "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. "Köhlən atlar" 6 qol vurub, qapısında 20 top görüb. Koxalski 8 matçın 6-da iştirak edib, qalan iki görüşdə isə Fabian Buntiç oynayıb.
Gözdən qaçmadı
* “Qarabağ”ı Yunanıstanda təxminən 50 nəfərdən ibarət “İmarət Tayfa” və “İmarət Avropa” fanklubları dəstəklədi. Görüntülərdən onların ciddi polis nəzarəti altında olduqları hiss edilirdi.
Yeri gəlmişkən...
Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb. Avrokuboklarda həftənin oyunlarından sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb. Səfərdə "Olimpiakos"a uduzan "Qarabağ" Azərbaycanın (19,625) əmsalına fayda verə bilməyib. Bolqarıstan (19,874) 27-ci, Sloveniya (18.343) 29-cu yerdədi. 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106,624) başçılıq edir.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:302
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri