Icma.az
close
up
RU
Qarabağa hər səfər Böyük Qayıdışın yeni mərhələsi MƏQALƏ

Qarabağa hər səfər Böyük Qayıdışın yeni mərhələsi MƏQALƏ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Qarabağa növbəti səfəri bir daha göstərdi ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesi artıq layihələr mərhələsini geridə qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının Füzuli, Şuşa, Xankəndi, Xocalı, Cəbrayıl və digər azad edilmiş ərazilərə mütəmadi səfərləri yalnız tikinti və açılış mərasimlərində iştirak məqsədi daşımır. Bu səfərlər dövlət siyasətinin ardıcıllığını, Böyük Qayıdış proqramının uğurla icra olunduğunu və Qarabağın Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına sürətlə inteqrasiya olunduğunu nümayiş etdirir.

Son illərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng infrastruktur layihələri – beynəlxalq hava limanları, avtomobil yolları, tunellər, elektrik yarımstansiyaları, su təchizatı sistemləri, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sənaye müəssisələri Azərbaycanın öz gücü hesabına həyata keçirdiyi misilsiz quruculuq proqramının tərkib hissəsidir. Dünyada postmünaqişə dövründə bu qədər qısa müddətdə belə genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirilməsi nadir nümunələrdən hesab olunur.
Prezident İlham Əliyevin Qarabağda sakinlərlə səmimi görüşləri, onların problemləri ilə maraqlanması, görülən işlərlə yerində tanış olması dövlət-vətəndaş münasibətlərinin praktik ifadəsidir. Artıq doğma torpaqlarına qayıdan ailələrin sayı ildən-ilə artır, şəhər və kəndlər yenidən canlanır, həyat əvvəlki ritmini bərpa edir. Bu isə Böyük Qayıdış proqramının sadəcə konsepsiya deyil, real nəticələr verən dövlət strategiyası olduğunu təsdiqləyir.
Şuşa, Xankəndi və digər şəhərlərdə həyata keçirilən layihələr yalnız yaşayış infrastrukturunun qurulması ilə məhdudlaşmır. Tarixi və mədəni irsin bərpası, yeni təhsil və elm mərkəzlərinin yaradılması, turizm potensialının inkişafı Qarabağın gələcək inkişaf modelini formalaşdırır. Bu siyasətin əsas məqsədi bölgəni müasir texnologiyalar, yaşıl enerji və dayanıqlı şəhərsalma prinsiplərinə əsaslanan inkişaf məkanına çevirməkdir.
Prezident İlham Əliyevin Qarabağa hər səfəri həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Azərbaycan azad etdiyi torpaqlarda dağıntıları bərpa edir, həyat qurur, insanlar üçün təhlükəsiz və firavan yaşayış şəraiti yaradır. Bu, ölkəmizin regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirən praktik siyasətdir.
Təəssüf ki, Azərbaycanın bu uğurlarını gözdən salmağa çalışan bəzi xarici dairələr və qərəzli qüvvələr görülən işlərə obyektiv qiymət vermək əvəzinə müxtəlif əsassız iddialar irəli sürməyə çalışırlar. Halbuki Qarabağda həyata keçirilən layihələrin miqyası, doğma yurdlarına qayıdan insanların məmnunluğu və bölgədə formalaşan yeni həyat reallığı bu iddiaların əsassız olduğunu açıq şəkildə göstərir. Reallıq ondan ibarətdir ki, Qarabağ bu gün quruculuq meydanına çevrilib və burada hər gün yeni inkişaf nümunələri yaranır.
Prezident İlham Əliyevin Qarabağa səfərləri artıq Azərbaycanın müasir tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu səfərlər dövlətin qətiyyətinin, xalqın birliyinin və gələcəyə hesablanmış strateji inkişaf siyasətinin rəmzidir. Hər yeni səfər yeni layihələrin, yeni yaşayış məntəqələrinin, yeni istehsal müəssisələrinin və ən əsası, doğma yurduna qayıdan insanların sevincinin göstəricisidir.
Qarabağ bu gün təkcə Azərbaycanın deyil, bütün regionun inkişaf və bərpa nümunəsinə çevrilməkdədir. Bu proses isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm nəticələrindən biri kimi tarixə yazılır.

Jalə Əliyeva, Millət Vəkili.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri